Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əbülfəs Qarayev devalvasiyanın turizm sektoruna təsirinə münasibət bildirib

Əbülfəs Qarayev devalvasiyanın turizm sektoruna təsirinə münasibət bildirib

Date: 23 December 2015 17:07

Bakı. 23 dekabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mərkəzi Bankın manatın üzən məzənnəyə keçməsinin turizm sektoruna təsirinə münasibət bildirib.
“Report” xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, xarici valyuta ilə müəyyən olunan qiymətlərdə sözsüz ki, dəyişikliklər olacaq.
Əbulfəs Qarayevin sözlərinə görə, Azərbaycanın daxilində manatla apartılan xidmətlərin qiyməti süni şəkildə artırılmamalıdır: "Artırılma olacaqsa o, ümumi ölkənin iqtisadi bazarına uyğun şəkildə aparılmalıdır. Bazarda qidanın qiyməti qalxacaqsa, həmin qidanın oteldə təqdim edilməsi sözsüz ki, bahalaşacaq. Amma ümumi şəkildə ölkədə tənzimlənən mexanizmlər düzgün qurulsa, biz buna əminik o zaman qiymətlərin suni şəkildə artırılmasını müşhidə etməyəcək”.

Tags:  Əbülfəs Qarayev devalvasiyanın turizm sektoruna təsirinə münasibət bildirib

RƏYLƏR


Top news