Beynəlxalq Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidenti Çingiz Abdullayevdən

17:08 23 Dekabr 2015
10 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Təsis edilməsinin təşəbbüskarlarından biri olduğunuz Beynəlxalq Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun rəhbərliyi adından Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik.
Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində genişmiqyaslı dəyişikliklər, ölkənin iqtisadi inkişafında sanballı uğurlar, onun dövlət müstəqilliyinin və beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi Sizin rəhbərliyiniz ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətlə ayrılmaz şəkildə bağlıdır.
Sizin uzaqgörən, strateji baxımdan düşünülmüş siyasətiniz, təşkilatçı və rəhbər istedadınız, ən mürəkkəb məsələlərin həllinə əsl dövlətçilik mövqeyindən yanaşmağınız və Azərbaycan xalqının mənafeyinə sadiqliyiniz haqlı olaraq Sizə vətəndaşlarınızın sevgi və etimadını, həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda dərin hörmət və böyük nüfuz qazandırıb.
Sizin bacarıqlı rəhbərliyiniz ilə Azərbaycan multikultural ölkə olaraq, mədəniyyətləri və dini etiqadları fərqli olan insanlar arasında tolerantlıq və qarşılıqlı anlaşma sahəsində tarixən yaranmış müsbət təcrübəsini inamla yayır. Bundan əlavə, Sizin müdrik dövlətçilik siyasətiniz sayəsində Azərbaycan Qərb ilə Şərqin yaxınlaşması üçün coğrafi mövqeyindən uğurla istifadə edir. Bu dəyərlər və modellər planetimizdə çox narahat bir vaxtda sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün son dərəcə zəruridir.
Cənab Prezident, icazə verin, fürsətdən istifadə edib Sizi həm də qarşıdan gələn Yeni il münasibətilə də təbrik edək və Sizə möhkəm cansağlığı, ölkənizin firavanlığına yönəlmiş planlarınızın və səylərinizin gerçəkləşməsində böyük uğurlar, Azərbaycan xalqına isə sülh və əmin-amanlıq diləyək.
Hörmətlə,
Çingiz Abdullayev,
Fondun prezidenti,
İsmayıl Safi,
vitse-prezident,
Viktor Xmarin,
vitse-prezident,
Alev Baldji,
icraçı direktor
Buxarest, Rumıniya

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beynelxalq_Qara_deniz_ve_Xezer_denizi_Amekdasliq_ve_Terefdasliq_Fondunun_prezidenti_CHingiz_Abdullayevden-913698

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR