Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Baş nazir homoseksuallardan üzr istədi, kilsə matəm elan etdi (FOTO)

Baş nazir homoseksuallardan üzr istədi, kilsə matəm elan etdi (FOTO)

Qvatemalada yanğında ölənlərə görə matəm elan olundu (09 Mart 2017 05:33)
Qvatemalada reabilitasiya mərkəzindəki yanğında yeniyetmələrin ölümüylə əlaqədar matəm elan edilib (09 Mart 2017 02:37)
Ukraynada matəm elan olundu (02 Mart 2017 20:52)

Tarix: 23 Dekabr 2015 17:11

Daha bir ölkə eynicinslilərin bərabərliyinə icazə verdi. Bu dəfə Yunanıstan bu addımı atıb.

ANS PRESS-in məlumatına görə, Yunanıstanda eynicinslilərin birlikdə yaşama haqqında sözləşmə imzalamalarına icazə verən qanun layihəsi qəbul edilib. Bu layihə həm koalisya hökumətində böhrana, həm ana müxalifətin bölünməsinə, həm də kilsənin sərt reaksiyasına səbəb olub.

Baş nazir Aleksis Tsipras isə bu günə qədər haqlarını vermədikləri üçün homoseksuallardan üzr istəyib.
"Haqlarından məhrum edilən, barbarlığa məruz qalan minlərlə vətəndaşlarımızdan üzr istəyirəm. Bu qanun layihəsi illər öncə olmalı idi. Fəlakət və qorxu dəllalarının əksinə yunan toplumu bərabərlik və insan qüruruna hörmətin tərəfdarıdır".

Ədliyyə Nazirliyinin hazırladığı və homoseksuallara birlikdə yaşama hüququ verən qanun layihəsi 300 üzvü olan parlamentdə 193 səslə qəbul edilib. 56 deputata bunun əleyhinə səs verib.51 nəfər isə bitərəf qalmağa üstünlük verib.





Ortodoks Kilsəsinin qarşı çıxdığı qanun layihəsini yüzlərlə insan parlament binasının qarşısına çıxaraq “sevgi günah deyil” şüarları ilə dəstəkləyiblər.

Kilsə bunun Tanrıya qarşı çıxmaq olduğunu, əxlaqi, milli dəyərlərə zidd olduğunu deyir. Buna etiraz əlaməti olaraq Morada Kalavrita bölgəsi və Aigio şəhərlərində matəm elan edilib, kilsələrdə "matəm zəngi" çalınacaq.



Yunanıstanda 2008-ci ildə eyniicinslilərin birlikdə yaşama müqaviləsi təsdiq edilsə də bir il sonra ləğv edilmişdi.

Teqlər:  Baş nazir homoseksuallardan üzr istədi kilsə matəm elan etdi FOTO



RƏYLƏR


Top xəbərlər