""Qara qutu" şousu Rusiyanı pis vəziyyətdə qoydu"

""Qara qutu" şousu Rusiyanı pis vəziyyətdə qoydu"
17:12 23 Dekabr 2015
137 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın vurulan "Su-24" təyyarəsinin "qara qutu"sunun açılması və oxuna bilməməsi məsələsinə münasibət bildirib.

APA-nın "Milliyet"ə istinadən verdiyi məlumata görə, R.T.Ərdoğan Türkiyənin özündən əmin olduğunu bildirib:

"Rusiya əvvəlcə "qara qutu"dakı məlumatlardan bəhs etdi. Bu işi şouya çevirdilər. Sonra əzilmə səbəbi ilə "qara qutu"nun içərisindəki məlumatların oxunmadığını açıqladılar. Biz özümüzdən əminik. Bu kimi şoular ondan mədəd umanları pis vəziyyətdə qoymaqdan başqa bir şey deyil".

Xatırladaq ki, bir neçə gün öncə Rusiya Müdafiə Nazirliyi Türkiyə tərəfindən vurulan "Su-24" hərbi təyyarəsinin "qara qutu"sunu oxumağın mümkün olmadığını açıqlayıb. Bildirilir ki, "qara qutu"da mikrosxemlərdən yalnız biri normal durumdadır, qalan 15-i çox ciddi şəkildə zədələnib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/392571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR