Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Neftçi" klubu yeni baş məşqçisini Serbiyada axtarır

"Neftçi" klubu yeni baş məşqçisini Serbiyada axtarır

Date: 23 December 2015 17:12

Bakı. 23 dekabr. REPORT.AZ/ "Neftçi" futbol klubunun rəhbərliyi yeni baş məşqçi axtarışlarını Serbiyada aparır. "Report"un "Arena Sport"a istinadən verdiyi məlumata görə, Serbiyanın "Radniçki" komandasında çalışan Milan Rastavaç paytaxt təmsilçisində çalışa bilər.
Artıq flaqman rəhbərliyinin serbiyalı mütəxəssisə telefon açaraq, danışıqlar apardığı bildirilir. 42 yaşlı baş məşqçiyə cəlbedici təklif göndərilib. M.Rastavaçın tezliklə qərar verəcəyi gözlənilir. Çünki "Radniçki" qış təlim-məşq toplanışını İspaniyada keçəcək və komandanın kimin rəhbərliyi altında səfərə yollanacağı məlum deyil.
Qeyd edək ki, Milan Rastavaç "Radniçki"dən başqa 23 yaşadək futbolçulardan ibarət Serbiya yığmasının da baş məşqçisidir. 

Tags:  Neftçi klubu yeni baş məşqçisini Serbiyada axtarır

RƏYLƏR


Top news