Milli.Az daha bir mükafat aldı

Milli.Az daha bir mükafat aldı
17:12 23 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Mətbuat Şurasında "Azərbaycanda bank-kredit sektorunun media, debitor və ictimaiyyətlə əlaqələri təcrübəsindən, mövcud durum və həllini gözləyən vəzifələr" mövzusunda sonuncu "dəyirmi masa" keçirilib.

Mill.Az xəbər verir ki, Zərdabi Mətbuat Mərkəzinin (ZMM) və "Kred Aqro" Bank Olmayan Kredit Təşkilatının birgə təşkil etdiyi tədbirdə ZMM-in sədri Rəhim Hüseynzadə çıxış edərək bu iki qurum arasında son 4 ili əhatə edən əməkdaşlıq, həyata keçirilən birgə layihələr barədə məlumat verib. O deyib ki, bu, medianın bank-kredit sektoru ilə ən uzunmüddətli birgə layihəsidir: "Builki tədbirlərdə 20-yə yaxın rayon qəzetinə Zərdabi Mətbuat Mərkəzinin, ən fəal debitorlara isə "Kred Aqro"nun diplomları və qiymətli hədiyyələri təqdim edilib. Görülən tədbirlər bank-kredit sahəsinin ölkənin müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən KİV-lərində həmin sahənin daha fəal və peşəkarlıqla işıqlandırılmasını tendensiyaya çevirib".

O qeyd edib ki, birgə əməkdaşlığa başlanılan 2012-ci ilin aprelindən monitorinqi aparılan 24 qəzetdə cəmi 118, 7 informasiya agentliyində 82 yazı təqdim edilmişdisə, dekabrda bu rəqəmlər müvafiq olaraq qəzetlərdə 307-yə, informasiya agentliklərində 455-ə çatdı. 2013-cü ildə 31 KİV-də mövzuya dair 8840 material yayımlanmışdısa, 2014-cü ilin cəmi 9 ayında 9874 yazının təqdimatı qeydə alınıb. 2014-2015-ci illərin 10 ayının (fevral - noyabr) müqayisəsi də inkişaf tempinin davamını göstərir. Həmin müddətdə monitorinqi aparılan 31 KİV-də ümumilikdə 647 çox materialın verildiyi qeydə alınıb.

KİV-lərdə maarifləndirici yazılara meyl güclənib. Belə ki, 2014-cü ilin 10 ayında qəzetlərdə 32, informasiya agentliklərində 1 maarifləndirici yazı verilmişdisə, bu ilin müvafiq dövründə yazılı mətbuatda bu rəqəm 290-a, informasiya agentliklərində isə 10-a çatıb. Analitik yazılarla bağlı isə bu il ümumilikdə 1066 material təqdim olunub.

Sonra Zərdabi Mətbuat Mərkəzi media ilə sıx əməkdaşlığa görə "Kred Aqro"nun Müşahidə Şurasının sədri Douqlas L.Leavensiyə və İdarə Heyətinin sədri Məcid Əsədova diplom təqdim edib. Sonda bank-kredit sahəsinə dair ilboyu oxunaqlı yazılar təqdim edən KİV-lər, həmçinin 2015-ci ildə bank-kredit sektoru ilə bağlı dövri mətbuatda dərc olunmuş analitik yazılara görə bir qrup jurnalist, o cümlədən Milli.Az İnternet Portalının əməkdaşı mükafatlandırılıb.

Pünhan Mirzə
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392568.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR