Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nərimanov rayonunda yaşayış binasının liftində baş verən qəza ilə əlaqədar cinayət işi açılıb

Date: 23 December 2015 17:13


Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də saat 08:30 radələrində paytaxtın Nərimanov rayonu ərazisində “Yeni inşaat” MTK-ya məxsus yaşayış binasının içərisində doqquz sakin olan liftinin nasazlıq səbəbindən 13-cü mərtəbədən şaxtaya düşməsi nəticəsində Camal Abışov, Günay Abışova, Nəzrin Məmmədova, Humay Əfəndiyeva, Xalıq Məmmədov, Niyaz Məmmədov və Oruc Baxşəliyevin müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
Bakı Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, zərərçəkmiş şəxslərdən X.Məmmədov, N.Məmmədov və O.Baxşəliyev xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin isə müalicəsi davam etdirilir.
Prokurorluq və polis orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının, məhkəmə-tibb ekspertinin və “Baklifttəmir” İstehsalat Birliyinin mütəxəsislərinin iştirakları ilə hadisə yerinə baxış keçirilib, iş üzrə müvafiq ekspertizalar təyin edilib, digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Cinayət işinin istintaqı nəzarətə götürülüb, hadisənin baş vermə səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Tags:  Nərimanov rayonunda yaşayış binasının liftində baş verən qəza əlaqədar cinayət işi açılıb


RƏYLƏR


Top news