BMT Baş Məclisi tranzit nəqliyyat dəhlizləri yaradılması haqqında qətnamə qəbul edib

BMT Baş Məclisi tranzit nəqliyyat dəhlizləri yaradılması haqqında qətnamə qəbul edib
17:18 23 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
BMT Baş Məclisi tranzit nəqliyyat dəhlizləri yaradılması haqqında qətnamə qəbul edib.
AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, 84 ölkənin həmmüəllifi olduğu bu təşəbbüsü Türkmənistan təqdim edib. 2014-cü ilin sentyabrında qəbul edilən Aşqabad Bəyannaməsinin əsas elementlərini özündə ehtiva edən qətnamənin qəbul edilməsi nəticəsində regionlararası nəqliyyat dəhlizləri boyunca fasiləsiz yükdaşımaları xəttinin qurulmasında bütün nəqliyyat növlərinin qarşılıqlı əlaqəsi üçün şərait yaranır.
Qətnamədə nəqliyyat sahəsində əməkdaşlığın mövcud platformalarının (Etibarlı nəqliyyat məsələlərinə dair qlobal tərəfdaşlıq, Atmosferi az çirkləndirən ekoloji təhlükəsiz nəqliyyat sahəsində tərəfdaşlıq və etibarlı nəqliyyat məsələlərinə dair dostlar qrupu) fəaliyyətini əlaqələndirməyin zəruriliyi vurğulanır.
Qətnamədə dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin xüsusi ehtiyaclarını, o cümlədən bu ölkələri beynəlxalq bazarlarla bağlayan səmərəli tranzit nəqliyyat sistemlərinin yaradılması və inkişaf etdirilməsi yolu ilə nəzərə almağın əhəmiyyəti qeyd edilir.
Xatırladaq ki, BMT-nin Baş katibi 2016-cı ilin sonunda Etibarlı nəqliyyata dair Birinci dünya konfransının çağırılması təşəbbüsünü irəli sürüb. Türkmənistan həmin konfransın Aşqabadda keçirilməsini təklif edib. Bu təklif etibarlı nəqliyyat üzrə məsləhət qrupunun İqlim dəyişmələri üzrə Paris konfransında BMT Baş katibinin iştirakı ilə baş tutan görüşündə bəyənilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BMT_Bas_Meclisi_tranzit_neqliyyat_dehlizleri_yaradilmasi_haqqinda_qetname_qebul_edib-913704

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR