Mikayılın verilişlərinə görə xəbərdarlıq: "Efir mədəniyyətinə ziddir"

Mikayılın verilişlərinə görə xəbərdarlıq: "Efir mədəniyyətinə ziddir"
17:21 23 Dekabr 2015
222 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
 
MTRŞ-dən Axşam.az-a daxil olan məlumata görə, iclasda "Space" televiziyasında yayımlanan “Sevimli şou” və “Məhəbbət əhvalatları” verilişləri müzakirə edilmiş, həmin verilişlərin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, efir mədəniyyətinə zidd olduğu xüsusi vurğulanıb. Eyni zamanda bu cür verilişlərin tamaşaçıların haqlı narazılığına səbəb olduğu qeyd edilib.

"Space" televiziyasında yayımlanan “Sevimli şou” və “Məhəbbət əhvalatları” verilişlərində teleradio fəaliyyətinin əsas prinsiplərinin, proqrama verilmiş tələblərin pozulduğu nəzərə alınaraq “Space” televiziyasına xəbərdarlıq elan edilib.

Qeyd edək ki, hər iki proqramın aparıcısı Mikayıl Güləddinoğludur.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43027

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR