Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Uzun illərdir təmir olunmayan küçə yeni görkəmdə - FOTO

Uzun illərdir təmir olunmayan küçə yeni görkəmdə - FOTO

Date: 23 December 2015 17:22

Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsinin Ağa Sadıq Gəraybəyli və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən hissəsində aparılan təmir-tikinti işləri artıq yekunlaşıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata görə, təmir işlərinin aparıldığı ərazinin ümumi uzunluğu 700 metr, ortalama eni isə 9 metrdir.

Təmir-tikinti işləri zamanı sözügedən ərazinin köhnə asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınıb. Zəruri olan yerlərdə yol yatağı bərkidilib. Küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə burda 2 qat olmaqla təqribən 6500 kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənib.

Küçədə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

Xatırladaq ki, bundan öncə Səttar Bəhlulzadə küçəsinin Atatürk prospekti və Ağa Sadıq Gəraybəyli küçələri arasında yerləşən hissənində təmir-tikinti işləri aparılıb. Bu ərazinin uzunluğu isə 350 metr, ortalama eni 18 metrdir. Sözügedən ərazidə 500 poqon metr köhnə səki daşı yeniləri ilə əvəzlənib. Küçənin 6000 kv.m əraziyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

Milli.Az







Tags:  Uzun illərdir təmir olunmayan küçə yeni görkəmdə FOTO


RƏYLƏR


Top news