Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gürcüstanın ədliyyə naziri Marneulidəki Azərbaycan məktəbində olub

Gürcüstanın ədliyyə naziri Marneulidəki Azərbaycan məktəbində olub

Date: 23 December 2015 17:23


Tbilisi, 23 dekabr, AZƏRTAC
Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani “Nazir gənclərlə söhbət edir” layihəsi çərçivəsində dekabrın 23-də azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Keşəli kənd orta məktəbində müəllim və şagirdlərlə görüşüb.
Məktəbin şagirdləri naziri Azərbaycan və gürcü dillərində salamlayıblar.
Məktəbin direktoru Binəli Əliyev nazirə şagirdlərin davamiyyəti, azərbaycanlı yeniyetmə və gənclərin Gürcüstan cəmiyyətinə inteqrasiyası, onların Azərbaycan və gürcü dillərini mükəmməl öyrənmələri barədə məlumat verib.
Nazir məktəbin sinif otaqlarına baxıb, müəllim və şagirdlər üçün yaradılmış şəraitlə tanış olub. O bildirib ki, bu məktəblə tanışlığı “Gürcüstan” qəzetinin təşəbbüsü ilə reallaşıb.
Tea Tsulukiani şagirdlərin gürcü və Azərbaycan dillərini mükəmməl öyrənmələrindən məmnunluğunu ifadə edib. Bildirib ki, azərbaycanlı gənclərin öz ana dili, mədəniyyəti və adət-ənənələrini qoruyub saxlamaqla dövlət dilini də bilmələri onların cəmiyyətə inteqrasiyasına geniş imkanlar açır. Bu gün Gürcüstanda gürcü və Azərbaycan dillərini mükəmməl bilən azərbaycanlı gənclərə ehtiyac var.
Nazir məktəblə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini, şagirdlərin müxtəlif bölgələrə səfərlərinin təşkilinə kömək göstəriləcəyini bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Tags:  Gürcüstanın ədliyyə naziri Marneulidəki Azərbaycan məktəbində olub


RƏYLƏR


Top news