Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev idmançılara fəxri adlar və mənzil verib

Prezident İlham Əliyev idmançılara fəxri adlar və mənzil verib

Date: 23 December 2015 17:24

Prezident İlham Əliyev 2015-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar verib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, prezident İlham Əliyevin bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Oqtay Abdullayevə, Nizami Babayevə, Balahəsən Eynullayevə, Tofiq Əliyevə, Faiq Həsənova, Oqtay Məmmədova “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adlarının döş nişanlarını təqdim edib.

 

Respublikada idmanın inkişafında xidmətlərinə görə Kamal Kebirlinskiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sənəd təqdim olunub.

 

Azərbaycanda qeyri-Olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə görə Nizami Məmmədov, İlkin Səfərov, Eldar Məmmədov, Qadir Babayev Milli Olimpiya Komitəsinin prezidentinin fəxri fərmanları ilə təltif ediliblər.

 

Bundan başqa prezident İlham Əliyev 2015-ci ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançı və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.

 


Tags:  Prezident İlham Əliyev idmançılara fəxri adlar mənzil verib

RƏYLƏR


Top news