Problemin biri getdi, biri gəldi...

Problemin biri getdi, biri gəldi...
17:27 23 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Binəqədi rayon sakinlərindən bir neçəsi Milli.Az-a müraciət edərək yolların vəziyyətindən şikayət ediblər: "Binəqədi qəsəbəsində "Zəngəzur" restoranının yaxınlığında, eləcə də Binəqədi şosesində, Bakı Poladtökmə Zavodunun yaxınlığında yollar bərbad gündədir, avtomobillə ərazidən normal şəkildə keçmək olmur. Bəzən avtomobillərin altı yerə dəyir, bu da bizi indiki dövrdə əlavə xərcə salır".

Bununla bağlı Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli Milli.Az-a deyib ki, ərazidə çalaların və gölməçələrin yaranması orada yağış kollektorları və kanalizasiya xətlərinin yenidən qurulması ilə bağlıdı.

Çünki bundan əvvəl yağış yağanda orada daim su yığılır, problemlər yaranır. "Azərsu" tərəfindən  problemin aradan qaldırılması üçün orada müvafiq işlər görülüb. Hər iki ərazidəki yağış kollektorları və kanalizasya xətləri yenilənib və Binəqədi-Xırdalan yolu adlanan 4-cü Qapı küçəsində "Azərsu" QSC tərəfindən inşa edilən yeni xəttə bilərşdirilib. Bu səbəbdən orada yol örtüyündə çalalar əmələ gəlib.

Lakin artıq adıçəkilən ərazilərdə, yollarda su yığılıb qalmayacaq, yağış yağdığı təqdirdə piyaların və nəqliyyatın hərəkətinə ciddi maneə yaranmayacaq. Kollektor və kanalizaya xətlərinin yeniləndiyi həmin yolların da 2016-cı ildə təmir olunması, xüsusən də 4-cü Qapı küçəsinin yenidən qurulması planlaşdırılır.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR