"Karxana"nın təqdimatı oldu (FOTO)

"Karxana"nın təqdimatı oldu (FOTO)
17:28 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün “Əli və Nino” mağazalar şəbəkəsində Azərbaycanın tanınmış yazıçısı Qəni Camalzadənin yeni, “Karxana” adlı kitabının təqdimatı olub.

Azərbaycan Yazıçılar Birliyinin üzvü Qəni Camalzadənin “Karxana” kitabının təqdimat mərasimi keçirilib. “Karxana” yazıçının oxucularla yeddinci görüşüdür. Kitaba müəllifin “Karxana” romanı və hekayələri daxil edilib. Əsərdə xeyirlə şərin mübarizəsindən bəhs edilir. Hekayələr isə yumor və satira nümunələridir. Kitabın redaktoru görkəmli yazıçı Məmməd Orucdur.

Qarabağ müharibəsinin iştirakçısı olan yazıçı bu əsərdə ötən yüzillikdə Azərbaycan tarixində baş vermiş mühüm hadisələri kiçik bir Karxana adlı yaşayış məntəqəsində baş verən hadisələrin timsalında əks etdirməyə çalışır.

Kitaba daxil edilmiş roman 2014-cü ildə “Azərbaycan” jurnalında dərc olunub.

“Karxana” romanında əsas mövzu xeyir və şər arasında mübarizədən bəhs edir.

Q.Camalzadənin fikrincə, ən ədalətli cəmiyyətlərdə də haqsızlıqlar olur: “Onları islah eləmək həm də ədəbiyyatın vəzifəsidir. 40 ildə yazı prosesi ilə məşğul olsam da, birinci dəfədir kitabımın təqdimat mərasimi keçirilir. Əlbəttə, oxucuların kitaba marağı sevindirici hadisədir. Kitablarımın mövzusu satira və yumordur".

Kitab “Qanun” nəşriyyatında çap olunub. Kitabı şəhərin kitab mağazalarından əldə etmək olar.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2473278.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR