Səhiyyə Nazirliyi psixoloq axtarır

Səhiyyə Nazirliyi psixoloq axtarır
17:29 23 Dekabr 2015
36 Sosial
Ölkə mətbuatı
A- A+

Səhiyyə Nazirliyi dövlət tibb müəssisələrində vakant psixoloq vəzifələrinə qəbul elan edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, işə qəbul həmin müəssisələrdə müvafiq komissiya tərəfindən müsabiqə yolu ilə həyata keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər elan verildiyi gündən etibarən 30 gün ərzində işə qəbul komissiyasına müraciət edərək lazımı sənədləri təqdim etməlidirlər.

 Qeyd edək ki, vakant “psixoloq” vəzifələri üzrə müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim edən mütəxəssislərin klinik psixologiya sahəsində biliklərinin (diaqnostik psixoloji testlərin istifadə edilməsinin, psixoloji yardımın göstərməsinin və s.) qiymətləndrilməsi Psixi Sağlamlıq Mərkəzi tərəfindən aparılır. Nəticədə müsbət rəy qazanan mütəxəssis Psixi Sağlamlıq Mərkəzinə bir aylıq iş təcrübəsinə göndərilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226317

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR