Nazir: Turizm şirkəti insanları səyahətə yollayır, amma orada xidmət göstərmirsə...

Nazir: Turizm şirkəti insanları səyahətə yollayır, amma orada xidmət göstərmirsə...
17:33 23 Dekabr 2015
22 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda turizm səyahətləri ilə məşğul olmaq istəyən hər bir şirkətin mütləq müəyyən bank hesablarındakı vəsaitlərinin təminatı olmalıdır. Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə deyib.

Nazirin sözlərinə görə, turizm şirkətlərinin bu gün müxtəlif yerlərə turistlər göndərməsi, orada hansısa xidmətlərin göstərilməsi müəyyən maliyyə riskləri ilə bağlıdır: "Bunun da öz mexanizmi var. Mexanizm də ondan ibarətdir ki, turizm səyahətləri ilə məşğul olmaq istəyən hər hansı şirkətin lisensiyazı olmasa da, mütləq
müəyyən bank hesablarında onların öz vəsaitlərinin təminatı olmalıdır. Əgər şirkət bu gün 10 nəfərdən ibarət qrupu səyahətə yollayırsa, lakin orada xidmətlər göstərmirsə, bank mütləq həmin vəsaitlərin insanlara verilməsini təmin edəcək. Beləliklə, bu məsələ bu formada tənzimlənəcək".

Ə.Qarayev qeyd edib ki, artıq bununla bağlı qanunvericilik şəklində layihə təqdim edilib.

Onun sözlərinə görə, əgər hər hansı vətəndaş tərəfindən şikayətlər daxil olacaqsa, nazirlik buna baxacaq.

Ə.Qarayev turizm sahəsinə də hər zaman dövlət nəzarətinin olacağını əlavə edib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2473285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR