Azərbaycanlı jurnalist “Kösəm Sultan"da

Azərbaycanlı jurnalist “Kösəm Sultan"da
17:36 23 Dekabr 2015
135 Şou
Ölkə mətbuatı
A- A+

“Möhtəşəm yüz il Kösəm” serialında azərbaycanlı telejurnalist Aygül Zabitqızı rol alıb.

Axşam.az xəbər verir ki, bu haqda aznews.az-a onun özü məlumat verib.

A. Zabitqızının sözlərinə görə, serialın rejissoru onu internet vasitəsiylə tapıb:
 
“İnternetdə CV-mi qoymuşdum. Mənə iki yerdən təklif gəlib. Biri bazar günü “Show tv”də çoxlu sayda tanınmışların qatılacağı yeni il proqramı, digəri isə “Kösəm” serialı. Bakıya gələcəyim üçün, “Show tv”ni rədd etdim, ikincisini isə qəbul etdim. Studiya təkcə “Kösəm”ə deyil, bir neçə baxımlı layihələri həyata keçirmək üçün çoxlu sayda aktyor elanı verib. Filmin rejissoru studiyaya müraciət edən simalar arasından məni uyğun bilib. Bir müddət sonra zəng etdilər ki, “üzünü bəyənmişik, dəvət edirik studiyamıza, ətraflı şəkil və videolar çəkək”. Razılaşdım, 1 ay əvvəl getdim, çəkilişlər etdik. Tək şərt saçımın boyanması oldu”

A.Zabitqızı onu da əlavə edib ki, serialda xarici əsilli cariyə rolunda oynayacaq:
 
“Daha ətraflı detallar studiyada gorüşümüz zamanı bəlli olacaq”.

Telejurnalist serialdan alacağı qonorardan da söhbət açıb:

“Mənə sadə çəkim belə olsa, günü ən az 500 dollar qonarar alacağımı demişdilər. Ancaq filmdən dəqiq nə qədər alacağam, onu bilmirəm”.

Jurnalist serialın hansı bölümündə çıxacağı haqda məlumatsız olduğunu əlavə edib:
 
“Bunu bilmirəm. Çünki zaman demədilər. Dedim iki həftəlik vətənimə gedirəm. Dedilər telefon nömrəsi qoy, qısa zamanda zəng edəcəyik, razılaşdım. Hər zaman özüm müsahibə alırdım. İndi o suallar mənə verilir, özümü qəribə hiss edirəm”.




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43028

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR