Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İspaniya əhalisinin 62 faizi suriyalı qaçqınların ölkəyə gəlişinə etiraz etmir

İspaniya əhalisinin 62 faizi suriyalı qaçqınların ölkəyə gəlişinə etiraz etmir

SON DƏQİQƏ: Türkiyədən Niderlanda TƏRS SİLLƏ (14 Mart 2017 00:48)
Türkiyə qaçqınlarla bağlı Aİ ilə razılaşmalara yenidən baxa bilər (13 Mart 2017 20:57)
Kanadalılar miqrantları təhlükəli saymır (04 Mart 2017 08:32)

Tarix: 23 Dekabr 2015 17:38


Madrid, 23 dekabr, AZƏRTAC
WIN/GIA beynəlxalq şəbəkəsinin apardığı tədqiqat göstərib ki, Avropada suriyalı qaçqınlara ən yaxşı münasibət İspaniyadadır. Bu ölkənin əhalisinin 62 faizi qaçqınların İspaniyaya gəlişinə etiraz etmir.
Avropa İttifaqı üzrə orta göstərici isə yalnız 38 faiz təşkil edir. Almaniyada və Yunanıstanda bu göstərici 48, İslandiyada 46, İsveçdə 44 faizdir.
Suriyalı qaçqınların ölkələrində qəbulundan ən çox narazı olanlar Bolqarıstan vətəndaşlarıdır. Onların cəmi 14 faizi suriyalıların gəlişinə etiraz etmədiklərini deyib.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Teqlər:  İspaniya əhalisinin 62 faizi suriyalı qaçqınların ölkəyə gəlişinə etiraz etmir



RƏYLƏR


Top xəbərlər