Nazir: "Azərbaycanda bütün mehmanxanalar mütləq sertifikatlaşmadan keçməlidir"

17:42 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

“Report”xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev otellərdə lisenziyaların ləğvinə münasibət bildirərkən deyib:  “Mədəniyyət və Turizm Nazirliyi həmişə çalışır ki, turizm sahəsində çalışan təşkilatlarla və qurumlarla sıx əməkdaşlıq etsin və onlara heç bir maneəçilik törətməsin. Lisenziyalar internet vasitəsi ilə verilir. Lakin bununla da müəyyən qədər çətinliklər, əlavə vəsaitlərin xərclənməsi, vaxt itkisi kimi məsələlər meydana gəlirdi. Prezidentin tapşırığı verilən kimi Nazirliyin mütəxəsisləri Turizm Assosyasiyasının üzvləri ilə birgə müzakirə etdi və qərara gəlindi ki, lisenziyaların verilməsi indiki dövrdə məqsədə müvafiq deyil".
Nazir bildirib ki, sərbəst olaraq turizm fəaliyyəti ilə məşğul olan şirkətlər və otellər var: "Bu o demək deyil ki, bu sahə nəzarətsiz olacaq və orada özbaşınalıq hökm sürəcək. İlk olaraq biz Azərbaycanda lisenziyaların ləğvi ilə təşəbbüs qaldırmışıq. Artıq bu prosesə başlamışıq, Azərbaycanda bütün mehmanxanalar mütləq şəkildə qanunun çərçivəsində sertifikatlaşmadan keçməlidir. Bu, lisenziya deyil. Amma hər otelin öz xidmət dərəcəsi müəyyənləşdirlməlidir. Belə olmasın ki, iki ulduzun xidmətini göstərən otel öz divarında beş ulduzu yapışdırsın. Bu kimi hallar yolverilməzdir, ona görə sertifikatlaşdırılma mütləq həyata keçməlidir. Hər bir otel layiq olduğu ulduzun dərəcəsini alacaq”.

Xəbərin orijinal ünvanı: http://report.az/turizm-ve-sergiler/azerbaycanda-butun-mehmanxanalar-mutleq-sertifikatlasma

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR