Manat kişinin yasından - CANLI YAYIM

Manat kişinin yasından - CANLI YAYIM
17:44 23 Dekabr 2015
59 Sosial
Ölkə mətbuatı
A- A+

CANLI YAYIM zamanı aparıcını ildırım vurdu - VİDEO (28 Aprel 2017 08:08)
Onun yerini deyənə pul mükafatı vəd olunub (18 Aprel 2017 08:52)
"VKontakte"də canlı yayım başladı (15 Aprel 2017 08:37)

Manat kişinin ölüm xəbəri ofisə elə mənbədən çatdı ki, heç bir dəqiqləşdirmə-filan aparmağa ehtiyac qalmadı. Özcə qardaşı zəng vurub dedi ki, “xəbəriniz olsun, qağam axşam rəhmətə getdi”. İş yoldaşımızın ölüm xəbərinə verilən “bahooo” tipli reaksiyaların ardından, stollarımıza əl gəzdirib, ayağa qalxdıq. Maşında gedəcək iki nəfər - Rəhim və Rəhman qardaşları onsuz da məlum idi, öldürəsən məndən başqa heç kəslə getməzdilər. Üçüncü namizəd təzəcə bizdə işləməyə başlamış Salavat müəllim oldu, namizədliyini özü verib, özü də “seçildi.”
 

Qaldı bir yer, onu da mən fənd işlədib, guya yazığım gəlirmiş bəhanəsi ilə böyük rus xalqının ofisdəki nümayəndəsini - Natanı seçdim. Əslində isə bu iki həyasız qardaşın yolboyu maşında siqaret çəkməyinin və deyib-gülməyinin qarşısını almaq üçün eləmişdim. 
 

Kişinin ölümü çox ciddi problemlər yaradacaq, vəziyyətimiz yaman pis olacaqdı. Neçə illərdi ki, təşkilat olaraq işlərimiz Manat müəllimin hesabına yaxşı gedirdi. Qalstukunu sahmanlayıb ayaq qoyduğu heç bir idarədən boş qayıtmırdı. İş alıb gətirirdi, biz də onun hesabına işləyib, evimizə çörək aparırdıq. Onun uğurunun sirri də sadə idi - Amerikada yaşayan qardaşı. Qardaşının həm hörməti hörmət idi, həm də imkanı yaxşıydı. Getdiyi bütün idarələrin, təşkilatların qapısına düşə biləcək açar idi əlində, bir kərə “ fırlatdımı”, qapılar taybatay olurdu...
 

Maşına oturub, üzümüzü Sumqayıt yönünə çevirdik. Elə həmin dəqiqə də, Rəhmətin zarafatları başladı:

 

- Müəllim, sən canın düz-əməli sür, ehsana çataq. 

 

“Nadanın dərdinə, bir parç su bəsdi,

Aqilin dərdini çaylara danış...”  - Xumar Qədimova maşının maqnitofonundan Rəhmətə cavab verirmiş kimi oxudu. Di gəl, Rəhmət bunu başa düşdümü, inanmıram.
 

Təzəcə yol almışdıq ki, Salavat müəllim hərənin azı bir dəfə verdiyi o sualı maşındakılara ünvanladı:

 

- Bu nə addı e, qoyublar kişiyə, Manat da ad olar?” 
 

“Gör sualı kim verir e, bunun öz adına bax, verdiyi suala bax. Görun çatdamasın Manat!” Bunu mən ürəyimdə dedim.

 

Salavatın cavabını Rəhim verdi:
 

- Kişi özü deyirdi ki, indi deməsin, 61-ci ildə, manat dəyərdən düşən gün anadan olub. Dədəsinin xeyli pulu batıbmış. Ona görə atası “Manat” adını qoyub, deyib ki, o manatlarımı aldı, bu Manatı verdi mənə Allah! Onlar gəldi-gedərdi, buna bir şey olmasın barı...
 

Bir-birinin sözünü kəsə-kəsə burdan Sumqayıta qədər danışdılar. Problemin “Nata variantı ilə həlli” işə yaramamışdı. Bircə dəfə əsəbiləşib üstlərinə çığırmaq istəyirdim, onda da sağ olsun, Xumar xanım yenə çatdı dadıma:

 

“Bir azca da döz, döz, döz...”
 

Məclis qələbəlik idi. Qohum-qəbilə, idarələr, təşkilatlar. Eşidən gəlmişdi. Mərhum gecədən rəhmətə getdiyinə görə, səhər tezdən dəfn eləmişdilər ki, gəlib-gedənə əziyyət olmasın. Rəhmətlik hörmət-izzətli adam idi. Böyük bir şadlıq evi götürmüşdülər yas üçün, aradan da pərdə çəkib, qadınlara ayırmışdılar. Tərslikdən boş yer elə düz pərdənin böyründə idi. Bir tərəfdən mollanın səsi, bir tərəfdən də ağıçı qadının səsi gəlirdi. Arada rəhmətliyin ağıldan kəm bacısının qıyya çəkib ağlamaq səsi isə bütün səsləri batırırdı. Elə biz təzə oturmuşduq ki, haray salıb qışqırdı:

 

- Elman doxtur elədi, qağamı o öldürdü...
 

Rəhim o dəqiqə məlumat verdi:

 

- Bu yazıq qız həmişə günahı Elman doxturda görür. Amma o yazığın heç xəbəri yoxdur rəhmətlikdən. Bircə dəfə, fevralda halı xarablaşanda gəlib, bir ağrıkəsici vurub, vəssalam. Bunun da yadında elə qalıb. Deyir, doxtur iynəsini səhv vurdu, ondan oldu hər şey. Ta demir ki, rəhmətliyinki ağır dərd idi, Allah göstərməsin. Zəhrimar düşdü cana, qutardı...
 

- Hamımız bu dünyaya borc ödəməkçün gəlmişik, borcumuzu ödəyib, vidalaşırıq. Çün bu mərhumun da borcu bitmişdi bu dünyada, yaradan onu o biri dünyaya apardı ki, elədiklərinin əvəzini versin” – molla idi, “qızıl xırdalayırdı”.

 

- Rüqəyyaaaaa... – ağıçı qadın idi, ağı çəkirdi.

 

- Mən ödəməyəcəm kreditlərimi, qoy borclarım qalsın ki, yaradan aparmasın məni... - Rəhmət idi, mollanın dediklərindən əxz elədiyi bu olsa gərək.

 

- Qağama xəbər eliyin, nooolar! Deyin gəlsin, qardaşının ölən günüdüüüü... - rəhmətliyin bacısı idi, Amerikadakı qardaşını deyirdi. Ta bilmirdi ki, (ondan gizli saxlayırdılar) o qardaşın vəziyyəti bu qardaşdan da pisdir. Bircə ilin içində necə olubsa, bütün varından-yoxundan olmuşdu. İndi bəlkə heç gəlməyə də pulu yox idi. Yəqin ki, heç deməmişdilər də qardaşının öldüyünü.
 

- Mərhum əhli şiə qardaşımız idi, bir sinəzənlə məclisimizi davam edək – molla idi, yemək vaxtına kimi baş qatırdı.

 

- Rüqəyyaaaa... - ağıçı qadının Manat kişiyə ağlamaq fikri yox idi. Di gəl, arvadlar elə hönkürürdü ki...
 

- Ay bizi avvvarə qoyan, Əbəlfəzzz...
 

- Molla deyəsən Müsavat Partiyasındandır – Rəhman dodaq altı mızıldandı.
 

- Elə niyə? – Salavat müəllim ciddi-ciddi sual verirdi Rəhmana.
 

- Görmürsən, bütün bəlaların səbəbini rəhmətlik Əbülfəz bəydə görür - əlini ağzı ilə tutub hırıldadı...
 

- Batdıq biz, daha işdən-zaddan gözümüzü çəkək gərək. Nə ilə dolanacağıq, Allah bilir – qafa səsim idi, eləcə öz-özünə alıb-verirdi.

 

“İşlər elə belə getsə yaxşıdı” – Xumar idi, indi də beynimin içindəki “maqnitofondan” gəlirdi səsi.

 

- Anasını gözü yaşlı qoyan Rüqəyyyaaaa... - ağıçı qadın yaxşıca zilə çıxmışdı.

 

- Bismillah eləyin, mərhumun öz qazancındandı, halal çörəkdi – molla süfrəyə pendir-lavaş verilməyinə işarə vururdu. 
 

- Aş olsa, yeməyəcəm, inşallah bozbaş olar - Rəhim idi. Həyasızlığından qalmırdı.
 

- Aşı niyə yemirsən ki? - Salavat kişi idi, saflığından qalmırdı.
 

- Oxumadın o gün? Deyirdilər düyünü Kitayda nədənsə hazırlayırlar, kibrit vuran kimi yanır. Neynirəm o düyünü?!
 

- Bundan sonra heç o “kitayski” düyüdən də tapmayacaqsan, ye, Allahına şükür elə - daha dözə bilməyib, çımxırdım. Səsləri yemək yeyilib qurtaran kimi kəsildi.
 

- Bu əmin-amanlığı, bolluğu Allah bizə çox görməsin, inşəallah!” – molla süfrə duası verirdi.

 

- Ölü bolluğunu deyir, dəyyus – Rəhmət ampluasında idi.

 

- Qağamın yeri soyuq olacaq, qışa düşdü ölüsü - rəhmətliyin bacısı növbəti qıyyasını çəkdi.

 

- Torpağın üzü soyuq olar, soyuqdu yerin sənin, Rüqəyyaaa” - ağıçı qadın kirimək bilmirdi. Yəqin yeməklərini verməyiblər hələ.
 

“Bunları yasdan çıxarmağın başqa yolu olmayacaq” - düşündüm.

 

- Gəlib-gedən çoxdu, qalxın, çöldə qalanlara yer verək...

 

Çölə çıxdıq. Tək-tək yağış çiləyirdi. Salavat müəllim xahiş elədi ki, evə aparım onu. Dedim qoy Nata da çıxsın gedək. Maşına oturar-oturmaz Nata öz azərbaycancası ilə, heyrətlənmiş şəkildə dedi:

 

- Man birinci dafa oldum yasda. Bayaxdan utandım orda soruşmaqa. Siz niya ölünü qoyub başqa adama axlıyırsız? Axı ölən Manat mallim idi!

 

Nata düşənə kimi bu suala cavab gözlədi, di gəl, nəinki Salavat müəllim, heç Rəhimnən Rəhman da söz tapa bilmədi.
 

“Təndirlər üşüyər, çörək yapılmaz...”  - Xumar, sanki Novxanı yolu boyunca düzülmüş, qış olduğundan sahibsiz qalan təndirlər üçün oxuyurdu.

 

Salavat müəllim düşən kimi Rəhim üzünü qardaşına tutdu:

 

- Qağa, deyirəm gedək stressdən çıxaq e. Nə deyirsən?

 

Rəhmanın etiraz eləmədiyini görüb, mənə tərəf döndü:

 

- Müəllim, qabaqda dükan var, saxla, arağı alaq, hazır gedək.

 

Dediyi yerdə saxladım. Düşə-düşə qardaşına döndü:

 

- Nə qədər götürüm? Yarım bəsdi? 
 

“Görməz, görməz, yarım görməz” – Xumar Qədimova idi. Həm Rəhimə cavab verir, həm də yarından şikayət edirdi...

 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Huawei" şirkəti azərbaycanlı tələbələr üçün İKT üzrə inkişaf proqramı elan edir

30 May 2017 11:55

Məşhur maneken narkotik çəkib 500 min avroluq maşınla qəza törətdi

30 May 2017 11:54

Sabiq diktator 83 yaşında vəfat etdi

30 May 2017 11:53

Sınaq imtahanında test tapşırıqlarının doğru cavabları AÇIQLANDI

30 May 2017 11:52

Elman Rüstəmov: "İlin sonuna qədər manatın ucuzlaşması risklərini görmürük"

30 May 2017 11:52

Müdafiə Nazirliyi ehtiyat zabit və gizir hazırlığı kurslarına namizədlərin qəbulunu elan edib

30 May 2017 11:52

Günün matçlarını yayımlayacaq kanallar

30 May 2017 11:52

"ASAN Xidmət"in qarşısında uzun növbələr yarandı...

30 May 2017 11:52

"Maşın şou"dan çıxan Elton insanları DAVAYA çağırdı: "Gəlməyən kişi deyil"

30 May 2017 11:49

Elman Rüstəmov: "Cari əməliyyatlar balansında 380 mln. dollarlıq profisit yaranıb"

30 May 2017 11:47

Prezident İlham Əliyev "Statoil"in icraçı vitse-prezidentini qəbul edib

30 May 2017 11:44

"Qəbələ" 8 futbolçu ilə yollarını ayırdı

30 May 2017 11:43

ƏƏSMN 80 əlilliyi olan şəxsi Nabran istirahət zonasına göndərib (FOTO)

30 May 2017 11:43

Zina edən kişini diri-diri basdırdılar - ŞOK HADİSƏ

30 May 2017 11:43

Prezident İlham Əliyev Statoil şirkətinin icraçı vitse-prezidentini qəbul edib

30 May 2017 11:42

"Roma" komandasının baş məşqçisi istefa verib

30 May 2017 11:42

Totti qərar verdi: "Karyeramı bitirmirəm"

30 May 2017 11:37

Azərbaycanda qeyri-rəsmi əmək fəaliyyəti araşdırılacaq

30 May 2017 11:36

ABB-nin xarici öhdəliklərinin yenidən strukturlaşdırılması bazar dəyərini yüksəldəcək

30 May 2017 11:36

“Siri” itmiş “iPhone” smartfonunu tapmağa kömək edəcək

30 May 2017 11:35

Dartıla bilən ekranın işi nümayiş etdirilib

30 May 2017 11:35

"Qəbələnd" Əyləncə Mərkəzində “Açıq Qapı” günü

30 May 2017 11:34

Bakıda polis avtomobili qəzaya düşdü

30 May 2017 11:34

Komitə sədri: “Ailə institutunun möhkəmləndirilməsi üçün vahid siyasət həyata keçirilir”

30 May 2017 11:33

Yaraların daha tez sağalma üsulu tapıldı

30 May 2017 11:33

Maşın iftar süfrələrinin arasında qaldı - FOTO

30 May 2017 11:32

Azərbaycanda ayda 150 manat ödəməklə kimlər ev ala bilər?

30 May 2017 11:29

Tatlısəsin qızı küçənin ortasında sevgilisi ilə öpüşdü - VİDEO - FOTO

30 May 2017 11:27

"Ərinin icazəsi ilə məni gecə evə çağırdı, uşağa qaldı" - VİDEO

30 May 2017 11:27

Şimali İrlandiya yığmasının baş məşqçisi: "Azərbaycan millisinə qalib gəlməsək, hazırkı mövqeyimizi qoruya bilməyəcəyik"

30 May 2017 11:27

Formula 1-ə bilet alanlara xüsusi endirimlər ediləcək

30 May 2017 11:22

Ağdaş Rayon İcra Hakimiyyətindən oğurluq olub

30 May 2017 11:22

Moskva Dövlət Universitetinin Bakı filialı bakalavriat səviyyəsinə qəbul elan edir

30 May 2017 11:22

Azərbaycanda gömrük əməkdaşlarının 20%-i məsuliyyətə cəlb edilib

30 May 2017 11:22

Kim Çen ln ABŞ-a daha çox "hədiyyə" göndərmək istəyir

30 May 2017 11:22

Filarmoniyanın iyun ayı üçün tədbirlər planı - CƏDVƏL

30 May 2017 11:22

Bakıda AĞIR QƏZA: polis maşını "Porşe" ilə toqquşdu, polis öldü - GÖRÜNTÜLƏR

30 May 2017 11:19

Elariz şeiri ilə ELZANI GERİDƏ QOYDU: “Həsrət qalmışıq, bəlkə basasan...” - BİABIRÇILIQ

30 May 2017 11:18

Milan Ticarət Palatasının ekspertləri BBF-də Azərbaycan turizminin inkişaf istiqamətlərini müzakirə ediblər

30 May 2017 11:17

"Problemli kreditlərlə bağlı banklarla müzakirələr başlayib"

30 May 2017 11:17

Əməliyyat: Şəhərə giriş-çıxışlar bağlandı

30 May 2017 11:17

Arda Turandan GÖZLƏNİLMƏZ QƏRAR

30 May 2017 11:13

Elariz Elzaya şeir həsr etdi: "Bu nə poza?" - FOTO

30 May 2017 11:12

Qlobal iqtisadiyyatının yavaşlaması Rusiya üçün ən böyük təhlükə olacaq

30 May 2017 11:12

Bakıda 17 yaşlı qız yoxa çıxdı

30 May 2017 11:12

Aylıq 130 manata ev almaq istəyənlər bu xəbəri mütləq oxusunlar - VİDEO

30 May 2017 11:12

Körpə doğuşdan dərhal sonra yeriməyə başladı

30 May 2017 11:10

Zamirin gözləri əbədiyyən kor qala bilər - YARDIM EDƏK!

30 May 2017 11:09

Qaz yüklü tanker partladı: 2 nəfər öldü - VİDEO

30 May 2017 11:08

Zindandan zənginliyə

30 May 2017 11:07