Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda ailəsinin yanında öldürülən ticarətçinin qatili tutuldu

Bakıda ailəsinin yanında öldürülən ticarətçinin qatili tutuldu

Date: 23 December 2015 17:48

Bakı. Samir Məmmədov - Trend:

Dekabrın 22-də Bakıda dəhşətli qətl törədən şəxs saxlanılıb. Bu barədə Trend-ə Nizami rayon prokurorluğundan məlumat verilib.

Prokurorluqdan bildiriblər ki, faktla bağlı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxsin Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü Paşa İsmayıl oğlu Qələndərov olduğu müəyyən edilib və o, tutularaq istintaqa təhvil verilib.

Hələlik qətlin törədilmə səbəbləri araşdırılır. Qətlə P.Qələndərovla mərhum Vüsal Xəlilovun arasında baş verən mübahisənin səbəb olduğu ehtimal edilir. P.Qələndərov V.Xəlilovun ticarət köşkündə satıcı işləyirmiş və bir müddət əvvəl işdən qovulubmuş.

Xatırladaq ki, 1978-ci il təvəllüdlü V.Xəlilov Bakının Keşlə qəsəbəsində yaşadığı evdə qətlə yetirilib. O, boğaz nahiyəsindən aldığı xəsarət nəticəsində hadisə yerində dünyasını dəyişib. Hadisə V.Xəlilovun həyat yoldaşı və azyaşlı övladının gözü qarşısında baş verib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Bakıda ailəsinin yanında öldürülən ticarətçinin qatili tutuldu

RƏYLƏR


Top news