"Dəmirbank"ın rəhbəri: "Devalvasiyanın bankımıza ani təsiri olmayıb"

"Dəmirbank"ın rəhbəri: "Devalvasiyanın bankımıza ani təsiri olmayıb"
17:49 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

 

mirBank”ın hbəri: “26 il ərzində xtəlif çətinliklərdən keçək dayanıqlı banklardan biri olduğumuzu but etmişik”.

 

Bildiyiniz kimi, dekabrın 21-də ikinci devalvasiya dalğası ölkə iqtisadiyyatı, əsas da bank sektorunda yeni situasiya yaradıb. Bu hadisə əhalidə bir çox suallar yaradıb. Bu sualların bir çoxu bank və digər kredit təşkilatları ilə bağlıdır. Belə ki, devalvasiyanın nəticəsi olaraq bir tərəfdən dollarla kredit götürmüş müştərilərin ödənişlərində çətinliklərin yaranması, digər tərəfdən isə insanların vəsaitlərini banklarda yerləşdirməkdən çəkinməsi halları müşahidə olunur.

 

Bu vəziyyətdə mümkün çıxış yolları və atılacaq addımların müzakirəsi mövzusunda “Dəmirbank”ın İdarə Heyətinin sədri Roman Əmircanovun “APA-Economics”ə müsahibəsini nəzərinizə çatdırırıq.

 

- Dekabrın 21-də baş verən devalvasiyanın “Dəmirbank”a təsirini necə şərh edərdiniz?

 

- “Dəmirbank” olaraq valyuta mövqeyimizi düzgün idarə etdiyimizdən, açıq valyuta mövqeyi saxlamadığımızdan və likvidlik, kapital adekvatlığı göstəricilərinə əsasən əminliklə deyə bilərik ki, baş verən devalvasiyanın bankımıza ani təsiri olmayıb. Lakin gözlədiyimiz müəyyən çətinliklər var ki, onlar da müştərilərin dollarda olan öhdəliklərinin qaytarılması ilə bağlıdır. Bununla bağlı hansı fəsadlar ola bilərsə, hal-hazırda onların qarşısının alınması üzrə tədbirlər planı hazırlayırıq. Eyni zamanda, bu günlərdə hökumət rəsmilərinin çıxışlarından bu qənaətə gəlmək olar ki, vəziyyətin yaxşılaşdırılması və dayanıqlılığın artırılması ilə bağlı Azərbaycan Mərkəzi Bankı tərəfindən banklara müəyyən dəstək olacaq. Bundan əlavə, “DəmirBank”ın səhmdarlarının (EBRD, FMO və s.) nüfuzu, resursları və təcrübəsindən irəli gələrək deyə bilərik ki, hal-hazırda maliyyə dayanıqlılığına aid bankımızın heç bir problemi yoxdur, yaxın gələcəkdə də gözlənilmir.

Əvvəlki müddətlə müqayisədə gecikmiş kreditlərdə müəyyən qədər artım var və cari vəziyyətlə əlaqədar bu rəqəmin artacağı gözlənilir, lakin  bu artım idarə oluna bilən çərçivədədir.

 

- Bankda dollarlaşma səviyyəsi nə qədərdir?

 

- Kredit portfelinin təxminən yarısı dollarladır. Bunun təsiri ondan ibarətdir ki, dollar portfeli (manat ifadəsində) artanda bankın ümumi aktivləri də artır və onun kapital adekvatlığı göstəricisinə təsir edir. Lakin ötən gün Mərkəzi Bank prudensial normativlərdə müəyyən yumşaltmalar edib və yeni dəyişikliklərin edilməsi də gözlənilir. Ona görə də hal-hazırda “Dəmirbank” Mərkəzi Bankın müvafiq requlyativ tələblərinə cavab verir.

 

- Dollarla krediti olan müştərilərə hər hansı güzəştlər nəzərdə tutulurmu?

 

- Müştəriləri problemlər qarşısında tək buraxmaq fikrimiz yoxdur. Fevral ayında baş verən devalvasiyadan sonra müştərilərimiz üçün bir neçə təkliflər verilmişdi. Bu təkliflərə müəyyən güzəşt qarşılığında kreditin daha tez bağlanması, faizlərin aşağı salınaraq müddətin uzadılması kimi seçimlər daxil idi. Hazırda araşdırmalar apararaq müştərilərin fikirləri əsasında onlar üçün daha sərfəli və güzəştli təkliflər hazırlayırıq. Bundan irəli gələrək müştərilərə bir neçə ssenari hazırlanılıb təqdim olunacaq ki, bunun əsasında da onlar özlərinə daha uyğun olan ssenarini seçərək ödənişlərini həyata keçirəcəklər.

 

- Müasir biznes mühiti daimi olaraq optimallaşdırma tələb edir. “Dəmirbank”da necə, belə bir addım gözlənilirmi?

 

- Bu sual altında işçi sayının azaldılması nəzərdə tutulursa, qeyd etmək istəyərdim ki, əvvəl bazarın genişlənməsi işçi sayının artmasına gətirib çıxarırdısa, bu gün də mövcud iqtisadi duruma uyğunlaşmaq üçün strukturun optimallaşdırılmasına tələb var. Satışların müəyyən qədər azalma gözləntiləri və eyni zamanda kreditlərin yığımı ilə bağlı işlərin artması strukturdaxili yerdəyişmələrlə nəticələnə bilər. Digər tərəfdən, daim texnoloji yeniliklərin tərəfdarı olan DəmirBank proqram təminatını optimallaşdırır, prosesləri avtomatlaşdırır və nəzarət mexanizmlərini gücləndirir. Bu tip yeniliklərə Bank tərəfindən kifayət qədər investisiya qoyulur.

 

- Bizdə olan məlumata əsasən “Dəmirbank”a əmanət baxımından böyük etibar var. Gözləntilər nə dərəcədədir, yəni devalvasiya buna necə təsir edə bilər?

 

- “DəmirBank” 26 illik tarixə və zəngin təcrübəyə malik olmaqla Azərbaycanın aparıcı banklarından biridir. Bu müddət ərzində müxtəlif çətinliklərdən keçərək dayanıqlı banklardan biri olduğumuzu sübut etmişik. Bunun nəticəsində bazardakı vəziyyətdən asılı olmayaraq əmanətçilərin bizim Banka qarşı etibarı daim yüksək olub. Belə ki, hər il depozit üçün qoyduğumuz planları artıqlaması ilə icra etmişik. Qeyd etmək istəyərdim ki, “Dəmirank”ın depozitlərin qaytarılması ilə bağlı da heç bir problemi yoxdur və bunun üçün Bankın kifayət qədər resursları var. “DəmirBank” hər zaman olduğu kimi müştərilərin tələblərinə cavab verən müxtəlif növ depozitlər təklif edir. Bundan əlavə, manatla olan depozitlərin vaxtından əvvəl çıxarılaraq dollar əmanətlərinə çevirmək istəyən müştərilərə hesablanmış faizlərin itirilməməsi üçün də şərait yaradırıq.

 


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Daşkəsəndə mənşəyi məlum olmayan heyvan əti aşkarlandı - FOTOLAR

27 Aprel 2017 21:13

Bitlisdə hərbçilərə qadın PKK-çılar hücum edibmiş

27 Aprel 2017 21:04

Yaşın nə fərqi var ki?! 77 yaşlı aktyor gənc sevgilisi ilə bu vəziyyətdə göründü – FOTOLAR

27 Aprel 2017 21:03

Döyməli gəlinlər - FOTOLAR

27 Aprel 2017 21:03

DİN-in polis veteranları cinayətkarlıqla mübarizədə fəallıq göstərirlər

27 Aprel 2017 21:02

Baş nazirin evi qarət edildi

27 Aprel 2017 20:57

İslamiada: Basketbol yığmamızın heyəti açıqlandı

27 Aprel 2017 20:48

Azərbaycanda ilk dəfə tamaşa işarət dili ilə tərcümə olunacaq

27 Aprel 2017 20:47

Ruslan Abışov “Bakı Marafonu 2017”yə qatılacaq

27 Aprel 2017 20:37

Bu ölkədə fahişəlik qanunidir –

27 Aprel 2017 20:34

Gəncədə həyat yoldaşını döyərək xəstəxanalıq edən şəxs saxlanılıb

27 Aprel 2017 20:32

Bu ilin I rübündə istehlakçılara 57 mln. kubmetr həcmində su verilib

27 Aprel 2017 20:27

TRT Radioları 90 illik yubileyini 90 saatlıq canlı yayımla qeyd edəcək

27 Aprel 2017 20:22

Baş nazirin evin qarət olundu

27 Aprel 2017 20:19

Dostları Ədalət Şükürovun ad günündə

27 Aprel 2017 20:15

“Nezavisimaya qazeta”: Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır

27 Aprel 2017 20:13

Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı məkan istifadəyə verilib

27 Aprel 2017 20:07

Moskvanın müharibə SSENARİLƏRİ, Qarabağ üçün SABAH... – GÜNÜN SİYASİ XÜLASƏSİ

27 Aprel 2017 20:03

Komitə rəsmisi: "Dünyada uzun illərdir məqsədyönlü şəkildə islamofobiya hökm sürür"

27 Aprel 2017 20:02

“Birincilər”in bombardiri bəlli oldu

27 Aprel 2017 19:59

Qəbələdə "Su festivalı" keçirilib

27 Aprel 2017 19:57

Ağdaşda süni balıq gölü sakinlər tərəfindən dağıdılıb

27 Aprel 2017 19:57

Berlində həyəcanlı dəqiqələr:

27 Aprel 2017 19:55

Kim yeni bikinisi ilə - FOTO

27 Aprel 2017 19:54

Ermənistanda vəkillər həmkarlarını döyüblər

27 Aprel 2017 19:52

Bu il Xəzərin Azərbaycan sahillərində 21 çimərlik yaradılacaq

27 Aprel 2017 19:43

“İS(S)İ 2015: İqtisadiyyatın liberallıq potensialı” kitabının təqdimatı keçirilib

27 Aprel 2017 19:42

"Qalatasaray"a cəza: azerkeşsiz oynayacaq

27 Aprel 2017 19:39

Naxçıvanda təlim keçirilir

27 Aprel 2017 19:33

Şimali Koreyadan qurtulmaq istəyənlər bizə sığınsın -

27 Aprel 2017 19:32

"Kara Sevda"ın Nihalından ilginc addım: Dodağına "K" döydürdü

27 Aprel 2017 19:29

"Naftoqaz"ın Rusiyanın "Qazprom" şirkətinə borcu 37 mlrd. dollara çatıb

27 Aprel 2017 19:27

Bakı ermənisi Sülh Platformasının ofisinə baş çəkdi - FOTO

27 Aprel 2017 19:24

Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri ala bilər

27 Aprel 2017 19:22

Rusiya XİN rəsmisi Azərbaycan jurnalistlərini təhqir etdi - VİDEO

27 Aprel 2017 19:18

Zakir Həsənov Türkiyə Jandarma Baş komandanı ilə görüşüb

27 Aprel 2017 19:13

Əbülfəs Qarayev: "Turizm haqqında" yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq"

27 Aprel 2017 19:12

Naxçıvanda komanda-qərargah təlimi keçirilir

27 Aprel 2017 19:09

Dağlıq Şirvanda sahibkarlara 1,5 mln. manat güzəştli kredit verilib

27 Aprel 2017 19:02

Siyasətçidən kitab yazdı, 1 milyon avro ziyana düşdü

27 Aprel 2017 18:53

Zakir Həsənov ordu generalı Yaşar Gürellə görüşdü

27 Aprel 2017 18:49

Moskva görüşü öncəsi düşmən TƏŞVİŞ İÇİNDƏ: müharibə qərarına SAATLAR QALDI

27 Aprel 2017 18:48

Azərbaycanla Monteneqro arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş imzalanıb

27 Aprel 2017 18:47

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın ilk mərhələsi başlayır

27 Aprel 2017 18:35

SORĞU: Kişi və qadın arasında yaş fərqi nə qədər olmalıdır?

27 Aprel 2017 18:34

60 yaşında 3-cü dəfə evlənən polkovnikin oğlu ATASININ BÜTÜN SİRLƏRİNİ AÇDI: "O bizdən..."

27 Aprel 2017 18:33

Göygöl rayonunun Aşağı Zurnabad kəndində top/minaatan mərmisi aşkarlanıb

27 Aprel 2017 18:32

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

27 Aprel 2017 18:27

Azərbaycanın qadın güləşi üzrə yığma komandasının Avropa çempionatı üçün heyəti açıqlanıb

27 Aprel 2017 18:27

Arda Turanın malikanəsinin görüntüləri yayıldı

27 Aprel 2017 18:26