Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı idmançıların 2015-ci ildə neçə medal qazandığı açıqlandı

Azərbaycanlı idmançıların 2015-ci ildə neçə medal qazandığı açıqlandı

Date: 23 December 2015 17:49

Azərbaycan idmançıları bu il "Bakı-2015" I Avropa Oyunları, dünya və qitə çempionatları, eləcə də digər beynəlxalq yarışlarda üst-üstə 823 medal qazanıblar.


Bu barədə report.az-a Gənclər və İdman Nazirliyinin Tətbiqi idman növləri sektorunun müdiri Cəbrayıl Həsənov məlumat verib. Onun sözlərinə görə, azərbaycanlı idmançıların qazandığı medallardan 321-i qızıl, 222-si gümüş, 280-i bürünc əyarlı olub. Olimpiya növləri üzrə medalların sayı isə 105-i qızıl, 61-i gümüş və 131-i bürünc olmaqla, 297-yə çatıb.

Qeyd edək ki, 2014-cü ildə Azərbaycan idmançıları mötəbər beynəlxalq yarışlarda 805 medal qazanıblar. Bu medallardan 275-i qızıl, 255-i gümüş, 275-i isə bürünc olub. Olimpiya növləri üzrə medalların sayı isə 278-ə (89 qızıl, 80 gümüş, 109 bürünc) çatıb.


Tags:  Azərbaycan idmançıları medal azərbaycanlı idmançılar


RƏYLƏR


Top news