Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

​Gürcüstan-Ermənistan sərhədini keçən azərbaycanlı azadlığa buraxılıb

​Gürcüstan-Ermənistan sərhədini keçən azərbaycanlı azadlığa buraxılıb

Sabiq prezident azadlıqda (21 Mart 2017 17:13)
13 saylı Cəzaçəkmə Müəssisəsindən 40 məhklum azadlığa buraxıldı (17 Mart 2017 12:27)
Türkiyədə keçirilmiş anti-terror əməliyyatında saxlanılanlardan 9-u həbs edilib (24 Fevral 2017 04:42)

Tarix: 23 Dekabr 2015 17:52

Bakı. 5 noyabr. REPORT.AZ/ Ermənistanın Lori vilayətinin ümumi məhkəməsinin qərarı ilə Gürcüstan vətəndaşı, milliyyətcə azərbaycanlı olan Faxralı kənd sakini Turqay Mikayılov sərbəst buraxılıb.
"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, Lori vilayət məhkəməsi onu 5 ay müddətinə azadlıqdan məhrum edib. Cair il iyulun 23-də saxlanıldığı nəzərə alınaraq, onu məhkəmə zalından azadlığa buraxıblar.
Vəkilinin vəsadəti əsasında məhkəmə prosesi qapalı keçib.
Qeyd edək ki, 35 yaşlı azərbaycanlı, Gürcüstan vətəndaşı Turqay Mikayılov iyulun 23-də təqribən 21:00 radələrində Lori vilayətinin Dzünaşox kəndi ərazisində təsadüfən Ermənistan-Gürcüstan sərhədini keçib. O, Ermənistan sərhədçiləri tərəfindən saxlanılaraq Yerevana aparılıb.

Teqlər:  Gürcüstan-Ermənistan sərhədini keçən azərbaycanlı azadlığa buraxılıb



RƏYLƏR


Top xəbərlər