Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mikayılın verilişlərinə görə xəbərdarlıq: "Efir mədəniyyətinə ziddir"

Mikayılın verilişlərinə görə xəbərdarlıq: "Efir mədəniyyətinə ziddir"

Date: 23 December 2015 17:57

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
 
MTRŞ-dən axşam.az-a daxil olan məlumata görə, iclasda "Space" televiziyasında yayımlanan "Sevimli şou" və "Məhəbbət əhvalatları" verilişləri müzakirə edilmiş, həmin verilişlərin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, efir mədəniyyətinə zidd olduğu xüsusi vurğulanıb. Eyni zamanda bu cür verilişlərin tamaşaçıların haqlı narazılığına səbəb olduğu qeyd edilib. 

"Space" televiziyasında yayımlanan "Sevimli şou" və "Məhəbbət əhvalatları" verilişlərində teleradio fəaliyyətinin əsas prinsiplərinin, proqrama verilmiş tələblərin pozulduğu nəzərə alınaraq "Space" televiziyasına xəbərdarlıq elan edilib.

Qeyd edək ki, hər iki proqramın aparıcısı Mikayıl Güləddinoğludur.

Milli.Az


Tags:  Mikayılın verilişlərinə xəbərdarlıq Efir mədəniyyətinə ziddir


RƏYLƏR


Top news