Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şəhriyar Məmmədyarov Qətərdə 2-ci qələbəsini qazandı

Şəhriyar Məmmədyarov Qətərdə 2-ci qələbəsini qazandı

Date: 23 December 2015 17:57

Qətərin Doha şəhərində keçirilən “Qatar Masters 2015” beynəlxalq şahmat turniri davam edir.


3-cü turda Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Aleksandr Lenderman üzərində qələbə qazanıb. 3 turdan sonra Məmmədyarov 2.5 xalla 5-ci yerdədir. 4-cü turda həmyerlimizin rəqibi rusiyalı şahmatçı Danil Dubov olacaq.

Qeyd edək ki, turnirdə Şəhriyar Məmmədyarovla yanaşı, hazırkı dünya çempionu Maqnus Karlsen, Vladimir Kramnik, Aniş Qiri, Uesli So, Sergey Karyakin, Yevgeni Tomaşevski və bir sıra digər tanınmış şahmatçılar iştirak edirlər. Yarış İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilir.


Tags:  Şəhriyar Məmmədyarov Qatar Masters 2015


RƏYLƏR


Top news