Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

AHİK itkin düşən neftçilərin ailələrinə maddi yardım göstərib

Date: 23 December 2015 18:03

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) həlak olan və itkin düşən neftçilərin ailələrinə maddi yardım göstərib.

Konfederasiyadan Trend-ə verilən məlumata görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olmuş, itkin düşmüş və xilas olunan neftçilərə birdəfəlik maddi yardım verilməsi barədə qərar qəbul edib.

Qəbul edilmiş qərara müvafiq olaraq, qəza nəticəsində "Günəşli" yatağında həlak olan 7 nəfərin və itkin düşən 23 nəfərin, "Neft Daşları"nda itkin düşən 3 nəfərin hər birinin ailəsinə 1000 manat, xilas olan 33 nəfər neftçinin hər birinə isə 500 manat, ümumilikdə isə 49 500 manat məbləğində birdəfəlik maddi yardım göstərilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  AHİK itkin düşən neftçilərin ailələrinə maddi yardım göstərib

RƏYLƏR


Top news