“BFB-nin market meyker fəliyyətinə dair daxili qaydalar”ına edilmiş əlavə/düzəlişlər qüvvəyə minib

“BFB-nin market meyker fəliyyətinə dair daxili qaydalar”ına edilmiş əlavə/düzəlişlər qüvvəyə minib
18:08 23 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
Bakı Fond Birjasının (BFB) “BFB-də market meyker fəaliyyətinə dair daxili qaydalar”ına edilmiş əlavə/düzəlişlər qüvvəyə minib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, qaydalara edilmiş düzəlişlərə əsasən, birja üzvləri üçün Bakı Fond Birjasında səhmlər üzrə market meyker fəaliyyətinə olan tələblər sadələşdirilib. Eyni zamanda, səhm bazarında tələb-təklifi stimullaşdırmaq və bazarın likvidliyini artırmaq məqsədilə BFB-nin İdarə Heyətinin qərarı ilə market meyker tərəfindən təqdim edilən alış-satış kotirovkalarının minimal həcminin və qiymət dəhlizinin hər bir səhm buraxılışı üzrə ayrı-ayrılıqda müəyyən edilməsi qərara alınıb. Bundan irəli gələrək, “Holcim Azərbaycan” ASC-nin səhmləri üzrə market meyker kotirovkasının minimal həcmi və alış-satış kotirovkaları üzrə qiymət dəhlizi müvafiq olaraq 15 min manat və 5 faiz müəyyən edilib.
BFB-də market meyker fəaliyyətinə dair qaydaları və BFB-nin İdarə Heyətinin müvafiq qərarı birjanın internet saytının qayda və təlimatlar bölməsində yerləşdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BFB_nin_market_meyker_feliyyetine_dair_daxili_qaydalarina_edilmis_elave_duzelisler_quvveye_minib-913735

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR