Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azərbaycanda qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair Strategiya" təsdiq edildi

"Azərbaycanda qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair Strategiya" təsdiq edildi

Date: 23 December 2015 18:08

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycanın Səhiyyə Nazirliyi müəyyən edilir.

Nazirlər Kabinetinə bu sərəncamla təsdiq edilmiş Strategiyanın icrasının gedişi barədə hər il üzrə növbəti ilin aprel ayının 1-dək Azərbaycan Prezidentinə hesabat təqdim etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbaycanda qeyri-infeksion xəstəliklərlə mübarizəyə Strategiya təsdiq edildi

RƏYLƏR


Top news