Yaşıllaşdırma Təsərrüfatı Birliyinin fəaliyyətində nöqsanlar var

Yaşıllaşdırma Təsərrüfatı Birliyinin fəaliyyətində nöqsanlar var
18:13 23 Dekabr 2015
55 Sosial
Ölkə mətbuatı
A- A+

Ziyad Səmədzadə: "Azərbaycandakı bankların fəaliyyətində ciddi nöqsanlar var" (29 Aprel 2017 11:52)
Nazirlikdə maliyyə nöqsanları aşkarlandı (10 Aprel 2017 16:37)
Təklə kənd tam orta məktəbində (10 Aprel 2017 16:05)

Bakı. Trend:

Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti kollegiya iclasında dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə (Birlik) ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələri müzakirə edilib.

Trenda Palatanın saytına istinadən məlumat verir ki, ilk olaraq şöbə müdiri A.Abasovun nəzarət tədbirində tətbiq edilmiş metodlar, həmçinin əldə edilmiş audit sübutları ilə bağlı məlumatı dinlənilib, daha sonra fəaliyyət istiqaməti üzrə məsul auditor N.Həsənov müəyyən edilmiş nöqsanların xarakteri, nəticələr və auditor rəyində əks etdirilmiş tövsiyələr barədə məruzə edib.

Auditor bildirib ki, Nizamnamə tələblərinə riayət edilməyərək nəzarət subyektinin strukturu Bakı şəhəri İcra Hakimiyyətinin rəhbəri tərəfindən deyil, Birliyin rəhbərliyi tərəfindən təsdiq edilib, büdcə proqnozları tərtib edilərkən hesablamalar faktiki mövcud olan yaşıllıq ərazilərinə görə deyil, 1976-cı ildə aparılmış inventarizasiya nəticəsində müəyyən edilmiş ərazilərə uyğun həyata keçirilib, qüvvədə olan normalara əməl olunmayaraq yaşıllıqlara xidmət xərclərinin tərkibində təsərrüfat fəaliyyətinə aid xərclər büdcə vəsaiti hesabına proqnozlaşdırılıb.

Qeyd edilib ki, 1 hektar yaşıllıq sahəsinə qulluq üzrə düşən faktiki xərclər qüvvədə olan normalarla müqayisədə yüksək olub, balansda olan faktiki yaşıllıq sahəsinin ərazisi dəqiqləşdirilməyib, fiziki və hüquqi şəxslərin istifadəsində qalan sahələr balansdan azaldılmayıb, habelə həmin sahədə çoxillik əkmələrin, ərazilərin inventarizasiyanın aparılmaması səbəbindən Birliyin balansında olan yaşıllıq sahələri ilə faktiki yaşıllıq sahələri arasında uyğunsuzluq mövcud olub. Birliyin işçilərinin əməkhaqlarının mövcud qanunvericiliyə uyğun müəyyənləşdirilməməsi, işçilərin ixtisas dərəcələrinin düzgün təyin edilməməsi hallarına yol verildiyi də bildirilib.

Auditor yaşıllıq xərclərinin maliyyələşdirilməsi zamanı smeta xərclərinin həddinə riayət olunmadığını, bəzi xərclər üzrə yaranmış qənaətin faktiki tələbat dəqiqləşdirilmədən təyinatının dəyişdirilərək digər xərclərə yönəldildiyini diqqətə çatdırıb.

Eyni zamanda bildirilib ki, nəqliyyat xərclərinin tərkibində yanacaqla bağlı xərclərin hesablanılması zamanı yanacağın pərakəndə satış qiyməti ilə (ƏDV ilə) nəzərdə tutulmasına baxmayaraq, müvafiq xərclərin cəmi məbləğində yenidən ƏDV hesablanması, həmçinin maliyyələşmənin smeta və kalkulyasiya üzrə plan xərci əsasında aparılması səbəbindən artıq büdcə vəsaiti ödənilib.

Auditor “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə ayrılmış vəsaitin xərclənməsi zamanı bəzi hallarda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməyərək satınalma metodu tətbiq edilmədən vəsait xərc edildiyini, əkin materiallarının və mineral gübrələrin müqavilə və tender təklifi qiymətlərindən baha qiymətə alınması nəticəsində icraçıya artıq büdcə vəsaitinin ödənildiyini qeyd edib.

Məruzədə icarəyə götürülmüş bəzi nəqliyyat vasitələrinə balans dəyərindən artıq icarə haqqının köçürülməsinin yaşıllıqlara qulluq xərclərinin artımı ilə nəticələndiyi, ümumiyyətlə nəqliyyat xərclərinin tərkibində icarə haqqının xüsusi çəkisinin yüksək olduğu bildirilib, qüvvədə olan normalara əməl edilməməsinin aparat işçilərinin orta sayının normadan, saxlanma xərclərinin isə istehsalat sahəsi işçilərinin saxlanma xərclərindən çox olmasına səbəb olduğu, qeyd olunan bu amillərin isə son nəticədə idarəetmə xərclərini yüksəltməklə xərclərin səmərəliliyinə mənfi təsir göstərdiyi diqqətə çatdırılıb.

Sonda auditor N.Həsənov auditin nəticələri üzrə rəydə qeyd edilmiş tövsiyələri diqqətə çatdıraraq bildirib ki, Birlik tərəfindən yaşıllıq sahələrinə qulluq edilməsi üçün tələb olunan xərclərin hesablanılması və istifadəsi zamanı qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl edilməklə, təsərrüfathesablı gəlirlərin artırılması, xərclərin, o cümlədən icarə haqqı xərclərinin azaldılması və vəsaitlərdən səmərəli və təyinatı üzrə istifadə edilməsi istiqamətində fəaliyyətin gücləndirilməsi zəruridir. Eyni zamanda büdcə vəsaiti hesabına yaşıllıq sahəsi işçilərinə ixtisas dərəcələrinin verilməsi, əməyin ödəniş dərəcəsinin müəyyənləşdirilməsi və ödənilməsi ilə bağlı müvafiq normativ aktların tələblərinə ciddi şəkildə əməl edilməsi, işçilərin əməyinin ödəniş dərəcələrinə və ixtisas tələblərinə yenidən baxılması məqsədəmüvafiq hesab olunub. Auditor yaşıllıqlara qulluq işlərinin yerinə yetirilməsi zamanı mövcud tikinti normativlərinə riayət edilməsini, müvafiq aktlarda zəruri məlumatların, o cümlədən əkilmə ünvanları və sayının əks etdirilməsini, qulluq edilən yaşıllıq sahəsinin dəqiqləşdirilməsini, əmlakın və s. maddi sərvətlərin qorunub saxlanılması və səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə əsas vəsaitlərin inventarizasiyasının aparılmasını zəruri hesab edib. Bununla yanaşı, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində yaşıllıq sahələrinin inventarizasiyasının aparılması və ərazilərin dislokasiyasının təsdiq edilməsi, Birliyin strukturunu yeni dislokasiyaya uyğunlaşdırılması tövsiyə olunmuş, vəsaitlərin faktiki sahələrə uyğun proqnozlaşdırılması, Birliyin fəaliyyətinin yenidən təşkili, səmərəsiz və artıq xərclərə yol verilməməsi məqsədilə tədbirlərin görülməsi, strukturunun Nizamnamə tələblərinə uyğun təsdiq olunması məqsədəmüvafiq hesab olunub.

Nəzarət tədbirinin nəticələri üzrə kollegiya qərarının layihəsi də müzakirə edilib, kollegiya üzvlərinin təklif və iradları dinlənilib və nəzərə alınıb. Kollegiya qərarı səsə qoyularaq qəbul edilib.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şimali Koreya uğurlu raket sınağı keçirdi

30 May 2017 02:44

Bred Pittin yeni FOTOları

30 May 2017 02:32

Azərbaycanlı səfir Braziliya Senatının radiosuna müsahibə verib

30 May 2017 02:28

Əmrah Sərdarı məhkəməyə verdi - 25 minə görə

30 May 2017 02:24

Yəməndə vəba epidemiyası: 500 ölü

30 May 2017 02:18

Bağdadda partlayış nəticəsində 4 nəfər ölüb

30 May 2017 02:17

Türkiyədə iqtidaryönlü qəzetin baş redaktoru öldürülüb

30 May 2017 02:12

Moskvada qasırğa Kremlin Senat sarayının dam örtüyünü uçurub

30 May 2017 01:57

"İŞİD-i məhv etmək üzrəyik" -

30 May 2017 01:54

Belçikada marafon zamanı açılan atəş baş nazirin "qulağını batırıb"

30 May 2017 01:47

BELƏSİ HEÇ OLMAMIŞDI - Helikopteri cinsiyyət orqanıyla dartdı - FOTO/VİDEO

30 May 2017 01:43

Elementlərit ideal müvazinətli lampa - FOTO

30 May 2017 01:32

Misir Liviya ərazisinə havadan zərbə endirib

30 May 2017 01:32

"ABŞ artıq dünya lideri deyil" -

30 May 2017 01:30

Səfir Elxan Poluxov Braziliya Senatının radiosuna müsahibə verib

30 May 2017 01:29

Azərbaycan klubları George Hacının baş məşqçi olduğu komanda ilə oynayacaqlar

30 May 2017 01:27

Türkiyədə baş redaktor öldürüldü

30 May 2017 01:19

Qasırğa Moskvanı bu vəziyyətə saldı - FOTOLAR

30 May 2017 01:13

Sirri açılmayan -

30 May 2017 01:03

Pələng zoopark əməkdaşını parçaladı

30 May 2017 00:54

Uyuşdurucu, kimyəvi maddə, stress çarxı - Dünyada qadağan olunan 10 POPULYAR OYUNCAQ - VİDEO

30 May 2017 00:48

Süni ətlə bağlı yayılan video narahatlıq yaradıb -

30 May 2017 00:45

Ziqmar Qabriel ABŞ-ı tənqid atəşinə tutdu

30 May 2017 00:29

Pələng zooparkın qadın işçisini parçaladı - VİDEO

30 May 2017 00:28

Misir Liviyada terrorçuların mövqelərini bombaladı

30 May 2017 00:28

Azərbaycan gözəli evlilik verilişinə çıxdı - VİDEO - FOTO

30 May 2017 00:27

Üzümə oxşayan rus alçası

30 May 2017 00:05

Orta yaşlı kişilərdə səsdəki azacıq dəyişiklər həyat üçün təhlükəlidir

30 May 2017 00:05

Günün qoroskopu: xam xəyallar qurmağa çox aludə olmayın

30 May 2017 00:05

Astroloji proqnoz - 30 may

30 May 2017 00:03

Misir Liviya ərazisini bombaladı

29 May 2017 23:59

Hind filmlərinə çəkilməmə səbəbi güldürdü - FOTO

29 May 2017 23:57

Sağlam qidalanma şərtləri

29 May 2017 23:57

5 qol vuruldu -

29 May 2017 23:55

Bu il sirli planet Yerlə toqquşacaq - Bəşəriyyət məhv olacaq?

29 May 2017 23:52

Ən zəif nəfəsalma sistemi hansı qan qrupundadır?

29 May 2017 23:52

Orqanizmin yod tələbatı

29 May 2017 23:52

Bu əriklər sağlamlıq üçün təhlükəlidir

29 May 2017 23:52

Azərbaycanın Braziliyadakı səfiri yerli radioya müsahibə verib

29 May 2017 23:47

Qəhvənin insan orqanizminə İNANILMAZ TƏSİRİ

29 May 2017 23:47

Çoban ürək tutmasından ölüb

29 May 2017 23:42

Doğuş ağrılarını azaldan ORİJİNAL ÜSUL

29 May 2017 23:42

Valideynlərin boşanması uşaqların sağlamlığını korlayır

29 May 2017 23:37

Qazaxda çoban ürək tutmasından öldü

29 May 2017 23:34

Daha heç kim qızları zorlaya bilməyəcək - MÜDHİŞ İXTİRA

29 May 2017 23:32

XANIMLAR, DİQQƏT: Ayda 10 dəqiqə ayırmaqla xərçəngdən qoruna bilərsiniz

29 May 2017 23:32

VALİDEYNLƏRƏ ÇAĞIRIŞ: Uşaqlarınızı açıq havaya çıxarın

29 May 2017 23:32

Yəməndə vəba epidemiyası nəticəsində 500 nəfər ölüb

29 May 2017 23:32

Kaliforniya ştat qanunvericiləri

29 May 2017 23:28

Yastı qarın üçün 8 TÖVSİYƏ - idmansız və pəhrizsiz!

29 May 2017 23:27