Nazirlikdən Zorikin ölkədən çıxmasına qoyulan qadağa ilə bağlı açıqlama

Nazirlikdən Zorikin ölkədən çıxmasına qoyulan qadağa ilə bağlı açıqlama
18:21 23 Dekabr 2015
86 Şou
Ölkə mətbuatı
A- A+

“Rejissor Zöhrab Ağayevin ölkədən çıxmasına qoyulan “stop”, yəni məhdudiyyət vergi borcu ilə bağlı deyil".

Axşam.az-ın məlumatına görə, bu sözləri Vergilər Nazirliyinin Analitik İnformasiya şöbəsindən bildiriblər.

Nazirlikdən bildirilir ki, Z.Ağayevin söylədiyi sözlər həqiqəti əks etdirmir:

"Rəsmi şəkildə bildiririk ki, onun 8 qəpik söhbəti yanlış informasiyadır. Vergi borcuna görə ölkədən çıxışına məhdudiyyət qoyulanların siyahısı Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib".
 
Qeyd edək ki, Z.Ağayev lent.az-a açıqlamasında Vergilər Nazirliyinə 8 qəpik borcu olduğuna görə ölkədən çıxışına qadağa qoyulduğunu demişdi:
 
“Təhsilimlə əlaqədar dekabrın 14-də İstanbula yola düşmək istəyirdim. Lakin Hava Limanında qarşımı kəsib, dedilər ki, Vergilər Nazirliyinə borcun var, ölkədən çıxışına “stop” qoyulub, ölkəni tərk edə bilməzsən. Mən də bu xəbəri eşidən kimi dərhal getdim Vergilər Nazirliyinə. Orada dedilər ki, 8 qəpik borcun var. Mən də 8 qəpik vergimi ödədim. Vergimi ödədikdən sonra dekabrın 19-da ikinci dəfə Hava Limanından ölkəni tərk etmək istədiyim zaman eyni situasiya ilə qarşılaşdım. Dedilər ki, Vergilər Nazirliyinə borcun var. Mən də onlara dedim ki, 8 qəpik borcum var idi, ödəmişəm. Onlar da cavab olaraq söylədilər ki, ölkədən çıxışınıza qoyulan qadağa hələ də qüvvədədir. Onların sözündən sonra mənim ürəyim getdi. İndi-indi özümə gəlirəm. Onu deyim ki, bu hadisəyə görə bir çox insanlar cəzalanacaq. Başıma gələnlərdən sonra susdum. Bu saata qədər susurdumsa, bu o demək deyil ki, kimdənsə çəkinirdim, qorxurdum. Sadəcə qanunlarımıza inanırdım. Mənim heç kimdən qorxum yoxdur. Ad günümü Bakıda keçirib, yenidən İstanbula yola düşəcəm. Bu vaxt isə qarşımı heç kim kəsə bilməz. Çünki heç bir banka borcum yoxdur, cinayətkar da deyiləm ki, çıxışıma qadağa qoysunlar”.

Rejissor onu da əlavə etmişdi ki, məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə də müraciət edib:

““Haqlı olaraq Daxili İşlər Nazirliyinə müraciət elədim. Onlarda mənim ölkədən çıxışımla bağlı heç bir problemin olmadığını bildirdi. Ona görə də barəmdə danışanlar sussalar, yaxşı olar. Çünki mən danışsam, həmin adamları biabır edəcəyəm”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43032

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR