Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

​Bakıda xarici vətəndaş həmyerlisini bıçaqlayıb

Date: 23 December 2015 18:22

“Report” xəbər verir ki, Sabunçu qəsəbəsi, Şəhər şossesindəki mənzildə kirayədə yaşayan Özbəkistan vətəndaşı 1986-cı il təvəllüdlü Adambay Ruslanbayeviç Xudayverginov yaşadığı evin qarşısında kürək nahiyəsindən bıçaqlanıb.
O, 3 saylı Sabunçu Klinik Xəstəxanasına yerləşdirilib. A.Xudayverginovun həyatını xilas etmək mümkün olub.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Adambay Xudayverginova ağır bədən xəsarəti yetirən Özbəkistan vətəndaşı, 1986-cı il təvəllüdlü Oybek Sadullayeviç Axmedov saxlanılıb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində araşdırma aparılır.

Tags:  Bakıda xarici vətəndaş həmyerlisini bıçaqlayıb

RƏYLƏR


Top news