Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İnsanları "etiraza səsləyən" aktrisa polisə müraciət etdi

İnsanları "etiraza səsləyən" aktrisa polisə müraciət etdi

Date: 23 December 2015 18:27

Aktrisa Fidan Axundovanın dolların bahalaşması ilə bağlı insanları sosial şəbəkədə aksiyaya dəvət etməsi ölkə mətbuatının və ictimai medianın gündəm mövzusuna çevrilib. 

Aktrisanın adına açılan profildə "Niyə yatmısınız? Niyə səsinizi ancaq "Facebook"da çıxarırsınız? Niyə şəhərlərə, küçələrə axışıb etirazınızı bildirmirsiniz? Bunun bir yolu var: Ağsaqqalları, ağbirçəkləri qabağa verib, gəncləri də ayağa qaldırmaq. Yoxsa daha da pis vəziyyətə düşəcəyik. Ya ölüm, ya qalım, başqa yol yoxdur" statusu yazılıb. Daha sonra profil dondurulub.

Aktrisanın çağırışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sənətçinin profilinin bağlanması da birmənalı qarşılanmayıb. Bəziləri aktrisanın adına açılan profilin saxta olduğunu bildirsələr də, bəziləri Axundovanın statusu yazdıqdan sonra qorxaraq profilini bağlamasına dair fikirlər səsləndiriblər.

Musavat.com məsələ ilə bağlı aktrisa ilə əlaqə saxlayıb. Fidan Axundova heç bir sosial şəbəkədə olmadığını və adına saxta profil açıldığı üçün polisə müraciət etdiyini bildirib:

"Artıq dünən polisə müraciət etmişəm. Mən heç bir sosial şəbəkədə yoxam, mənim adıma açılan saxta profildən insanlar aksiyaya dəvət edilib. Bilmirəm ki, niyə mənim adımdan belə status yazılıb? Bütün məşhurların adından saxta profillər açırlar. Adıma açılan saxta profillərin mənə ziyanı olmadığı üçün bu məsələni ciddiyə almırdım. Daim o profillərdə haqqımda xoş sözlər yazılırdı. Efirdə dəfələrlə demişəm ki, sosial şəbəkələrdən istifadə etmirəm. Sadəcə olaraq, dünən başa düşdüm ki, saxta profillər mənə ziyan gətirir. Ona görə də hüquq-mühafizə orqanlarına müraciət etdim".

Axundova dolların məzənnəsinin qalxmasına da münasibət bildirmək istəmədiyini qeyd edib:

"Devalvasiyanın mənə təsiri haqda danışmaq istəmirəm. Onu deyə bilərəm ki, heç bir yerə borcum yoxdur. Allaha şükür olsun",

Milli.Az


Tags:  İnsanları etiraza səsləyən aktrisa polisə müraciət etdi


RƏYLƏR


Top news