SOCAR: Azərbaycanın Avropanın emal zavodlarına neft satışı ilə bağlı heç bir problemi yoxdur

SOCAR: Azərbaycanın Avropanın emal zavodlarına neft satışı ilə bağlı heç bir problemi yoxdur
18:27 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycanın Avropanın neft emalı zavodlarına neft satışı ilə bağlı heç bir problemi yoxdur. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.
"Azeri Light" markalı neftin satışı ilə bağlı heç bir problemimiz yoxdur. SOCAR neft satışını bazar konyunkturasına uyğun formalaşan qiymətlər əsasında həyata keçirir", - deyə SOCAR-dan bildirilib.
Qeyd edək ki, bəzi KİV-də dünya bazarında neftin aşağı qiymətə satılması səbəbindən Avropanın əksər neft emalı zavodlarının emal xərclərini azaltdığı və buna görə guya "Azeri Light" neftindən imtina edərək, daha ucuz neft markaları almağı üstün tutduğu barədə xəbərlər yayılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-azerbaycanin-avropanin-neft-emali-zavodlarina-neft-satisi-ile-bagli-hec-bir-problemi-yoxdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR