Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Manatın dəyərdən düşməsi aktrisanı ziyana salıb

Manatın dəyərdən düşməsi aktrisanı ziyana salıb

Date: 23 December 2015 18:27

Dolların məzənnəsinin qalxması sənət adamlarının da etirazlarına səbəb olub. Biri xariclə bağlı layihələrini həyata keçirə bilmədiyindən, digəri banklara böyük məbləğdə borclu olduğundan, bir başqası maddi imkansızlığa görə artıq heç kəsin toy-şənlik məclisi keçirmək istəməməsi səbəbindən heç bir gəlir əldə edə bilmədiyindən şikayətlənir.

Aktrisa Naibə Allahverdiyeva da manatın dollar qarşısında ucuzlaşmasının ona vurduğu ziyandan danışıb:

"Mən də başqa cür batdım. Qiymətli bir şeyi satdım, ertəsi gün dollar qalxdı. Halbuki, onun yerinə başqa nəsə alacaqdım, batdı".

Aktrisalıqdan başqa xınayaxdı mərasimlərində də iştirak edən Naibə Allahverdiyeva Vergilər Nazirliyinin şou-biznes nümayəndələri, o cümlədən musiqi fəaliyyəti ilə məşğul olan sənət adamları, müğənnilər, əyləncə obyektlərində çıxış edən fərdi şəxslərlə bağlı apardığı ciddi tədbirlərə də münaisbət bildirib:

"Bunun mənə heç bir aidiyyəti yoxdur. Ayda, ildə bir namaz, onu da şeytan qoymaz. Mən hərdən ayda, ildə bir dəfə xına məclislərinə gedirəm. Olanda da su qiymətinə gedirik. Zorla çörək pulu qazanırıq. Bilirsiniz ki, aktyorların maaşları çox cüzidir. Yeri gələndə heç istəmirəm ki, xına məclislərinə gedim. Amma mən yaşamalıyam, təkbaşına övlad böyüdürəm, özüm də aktrisayam, hər zaman diqqət mərkəzində olmalıyam. 

Üstəlik, artıq xına məclisləri etmək istəyən tamam azalıb, demək olar ki, yoxdur. Matəm aylarından əvvəl, heç olmasa, arada gedirdik. İndi yas ayları da bitib, amma heç bir məclis yoxdur. Olanlar da telefonla zəng edib "otkaz" edirlər, deyirlər ki, daha imkanımız yoxdur, etməyəcəyik".

Musavat.com


Tags:  Manatın dəyərdən düşməsi aktrisanı ziyana salıb


RƏYLƏR


Top news