Ukrayna XİN-də ictimai diplomatiya idarəsi açılıb

Ukrayna XİN-də ictimai diplomatiya idarəsi açılıb
18:28 23 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Kiyev, 23 dekabr, AZƏRTAC
AZƏRTAC Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Nazirliyin strukturunda ictimai diplomatiya idarəsi açılıb.
Mətbuat xidmətindən deyiblər: “XİN-də müstəqil struktur bölməsi – ictimai diplomatiya idarəsi yaradılıb. İdarənin yaradılması Ukraynanın dünyada təbliğini və ictimaiyyətlə qarşılıqlı əlaqələrini nəzərdə tutan yeni mexanizm kimi ictimai diplomatiyanı nazirlik sisteminə tətbiq etmək deməkdir”.
Yeni idarə ictimaiyyətlə, habelə xarici və yerli ictimai birliklər və media ilə əlaqələri inkişaf etdirməklə məşğul olacaq.
Bundan əlavə, Ukraynanın hüdudlarından kənarda onun imicini yüksəldən, mədəniyyət və informasiya xarakterli layihələr həyata keçirmək və digər icra hakimiyyəti orqanlarının bu sahələrdə tədbirlərini əlaqələndirmək planlaşdırılıb.
Diplomatlar Ukraynanın xarici işlər naziri Pavel Klimkinin sözlərinə istinadla bildiriblər: “Ukraynada ictimai diplomatiya reallığa çevrilib. Biz digər hakimiyyət orqanları və xalq diplomatiyası ilə birlikdə toplanmış təcrübəni nəzərə almaqla, Ukrayna barədə dünyaya daha ətraflı söhbət açacağıq”.
İdarəyə Ukrayna XİN-in mətbuat katibi Maryana Betsa başçılıq edir.
Ukrayna XİN daha əvvəl ölkəni xaricdə təbliğ edən sayt işə salıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ukrayna_XIN_de_ictimai_diplomatiya_idaresi_achilib-913747

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR