"Qarabağ" qış hazırlığını Türkiyənin Antalya şəhərində keçirəcək. Fanat.az хəbər verir ki, hazırda istirahətdə olunan komanda yanvarın 5-də toplaşaraq qardaş ölkəyə yollanacaq.
"Qarabağ" Antalyanın Bələk bölgəsində məskunlaşacaq və həmişəki kimi "İC Santai" otelində qalacaq. Qurban Qurbanov yetirmələrini 4 yoхlama oyununda sınayacaq. Artıq rəqiblər və oyun proqramı da bəllidi:
16.01.2015 Qarabağ - Traktorsazi (İran)
20.01.2015 Qarabağ - Diosqiori (Macarıstan)
23.01.2015 Qarabağ - Admira Vakker (Avstriya)
23.01.2015 Qarabağ - Yaqelloniya (Polşa)
Fanat.az