Banklar manatı rubla dəyişməkdən imtina edir

Banklar manatı rubla dəyişməkdən imtina edir
18:37 23 Dekabr 2015
90 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan bankları manatı rubla dəyişməyi və rublla pul köçürmələrini dayandırıb.

Virtualaz.org saytı  xəbər verir ki, banklar "Sputnik" agentliyinin müxbirinin rublla pul köçürmək istəyini rədd ediblər.

Bu hal 3 bankda təkrar olunub. Banklardan bildiriblər ki, onlarda rubl yoxdur, əməliyyatı isə ya manat, ya da dollarla apara bilərlər.

Bank sektorundakı mənbə agentliyə bildirib ki, rublun manata nisbətən məzənnəsi artdığı üçün banklara rublla nağd ödəniş etməmək tapşırığı verilib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının bugünkü rəsmi məzənnəsinə görə 1 rubl 0,0219 manat təşkil edib. Manatın devalvasiyasından sonra rubl manata nicbətən 0,92 faiz möhkəmlənib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/392593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR