Səhiyyə Nazirliyi dövlət qulluqçuları üçün treninqlərə başlayıb

Səhiyyə Nazirliyi dövlət qulluqçuları üçün treninqlərə başlayıb
18:48 23 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də Səhiyyə Nazirliyində dövlət qulluqçuları üçün tədris kursları və treninqlərə başlanılıb.
Səhiyyə Nazirliyinin əməkdaşları, Bakı Şəhər Baş Səhiyyə İdarəsi və Sumqayıt şəhər səhiyyə şöbəsində çalışan dövlət qulluqçuları üçün keçirilən kurslar Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasına uyğun təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Maraqlar toqquşmasının qarşısının alınması və korrupsiyaya qarşı mübarizə”, eləcə də “Etik davranış məsələləri” mövzularına həsr olunmuş tədris kursu və treninqlər 3 gün davam edəcək.
Kurs və treninqlər nazirliyinin inzibati binasında keçirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehiyye_Nazirliyi_dovlet_qulluqchulari_uchun_treninqlere_baslayib-913750

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR