Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Putin milyarderləri Kremlə yığır, Vahid Ələkbərov da orada olacaq

Putin milyarderləri Kremlə yığır, Vahid Ələkbərov da orada olacaq

Azərbaycanlı milyarder dünyada ən varlı 500 nəfərdən biridir (06 Mart 2017 09:43)
Azərbaycanlı milyarder dünyada ən varlı 500 nəfərdən biridir (06 Mart 2017 09:42)
Azərbaycanlı milyarder dünyada ən varlı 500 nəfərdən biridir (06 Mart 2017 09:37)

Tarix: 23 Dekabr 2015 18:52

Rusiya prezidenti Vladimir Putin dekabrın 24-də iri biznesin nümayəndələri ilə görüşəcək.

Virtualaz.org saytı Rusiya mənbələrinə istinadən xəbər verir ki, görüşdə iri korporasiyaların prezidentləri, özəl sektordan nüfuzlu biznesmenlər iştirak edəcək.

Belə görüş hər ilin sonunda keçirilir və ənənəvi xarakter daşıyır. Gözlənilir ki, Putin oliqarxlarla Rusiya iqtisadiyyatının vəziyyətini müzakirə edəcək.

Putinin mətbuat katibi Dmitri Peskov informasiyanı təsdiqləyib və görüşdə "Rusiya iqtisadiyyatının iri oyunçuları"nın iştirak edəcəyini deyib.

Dəvət olunanlar arasında "Sistema" maliyyə korporasiyasının nəzarət səhm paketinin sahibi, bir müddət əvvəl həbs olunan və daha sonra ev dustaqlığına buraxılan Vladimir Yevtuşenkov, "LUKoil" prezidenti Vahid Ələkbərov, "Rosneft" prezidenti İqor Seçin və digərləri var.

Görüşdə biznesə vergi yükünün azaldılması, kapitalın amnistiyası və deoffşorizasiya məsələləri qaldırılacaq.

Milli.Az


Teqlər:  Putin milyarderləri Kremlə yığır Vahid Ələkbərov orada olacaq



RƏYLƏR


Top xəbərlər