Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Google” 2015-ci ildə daha çox axtarılan mövzuların siyahısını hazırlayıb

“Google” 2015-ci ildə daha çox axtarılan mövzuların siyahısını hazırlayıb

Date: 23 December 2015 18:53


Bakı, 23 dekabr, AZƏRTAC
Ən böyük axtarış saytı olan “Google” 2015-ci ildə dünyanın müxtəlif yerlərində yaşayan insanların daha çox axtardığı və maraqlandığı mövzuların siyahısını hazırlayıb.
AZƏRTAC “lenta.ru” saytına istinadla xəbər verir ki, siyahının ilk pilləsində, Parisdə noyabr ayında baş verən terror hadisəsi yer alıb. Araşdırma nəticəsində məlum olub ki, bu mövzu ilə əlaqədar “Google”a 897 milyon dəfə axtarış verilib.
Dünyanın ən nüfuzlu kino mükafatı sayılan “Oskar”ın 87-ci mükafatlandırma mərasimi isə 496 milyon axtarış sayı ilə ikinci sırada yer alıb.
İlk üçlüyü “Ulduz müharibələri: Gücün oyanışı” filminin treyleri tamamlayır. “Google”da il ərzində filmin treyleri ilə ümumilikdə 150 milyon insan maraqlanıb. Ən çox axtarılan məşhur isə, musiqiləri ilə qəlbləri fəth edən britaniyalı müğənni Adel olub.
Qeyd edək ki, Adel uzun müddətli fasilədən sonra, bu ilin oktyabrında “Hello” mahnısı və klipi ilə səhnəyə qayıdıb. Onun yeni albomu olan “25”, ABŞ tarixində satış sayına görə rekord vurub.

Tags:  Google 2015-ci ildə çox axtarılan mövzuların siyahısını hazırlayıb



RƏYLƏR


Top news