Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

AHİK “Günəşli” yatağındakı qəza nəticəsində zərər çəkmiş ailələrə maddi yardım göstərib

Date: 23 December 2015 18:53


Bakı, 23 dekabr, AZƏRTAC
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsi “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olan, itkin düşən və xilas edilmiş neftçilərə birdəfəlik maddi yardım verilməsi barədə qərar qəbul edib.
Qərara müvafiq olaraq, qəza nəticəsində “Günəşli” yatağında həlak olan 7 nəfərin və itkin düşən 23 nəfərin, “Neft Daşları”nda itkin düşən 3 nəfərin hər birinin ailəsinə 1000 manat, xilas edilmiş 33 neftçinin hər birinə isə 500 manat, ümumilikdə isə 49500 manat məbləğində birdəfəlik maddi yardım göstərilib.
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanı respublikanın bütün ictimaiyyəti kimi Azərbaycan həmkarlar ittifaqları da böyük üzüntü ilə qarşıladılar. Hadisə baş verdiyi ilk gündən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, o cümlədən sahə həmkarlar ittifaqının rəhbərliyi qəza nəticəsində həlak olmuş, itkin düşmüş neftçilərin ailələrinin dərdinə şərik olub, xilas edilmiş neftçilərin problemlərinin həllinə kömək edilməsi məqsədilə müvafiq addımlar atıblar.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev başda olmaqla Konfederasiyanın rəhbərliyi xəstəxanada müalicə olunan neftçiləri ziyarət edib, öz imkanları çərçivəsində tabeliyində olan müalicə sağlamlıq mərkəzlərində onların sağlamlığının bərpa edilməsi üçün imkan yaradılacağı neftçilərin nəzərinə çatdırılıb.

Tags:  AHİK Günəşli yatağındakı qəza nəticəsində zərər çəkmiş ailələrə maddi yardım göstərib


RƏYLƏR


Top news