Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

TÜRKSOY Azərbaycanın bir sıra mədəniyyət və incəsənət xadimlərini mükafatlandırıb

Date: 23 December 2015 18:57

"Report" xəbər verir ki, bu gün Akademik Milli Dram Teatrında keçirilən tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov medalları onlara təqdim edib.
Mükafatçılar sırasında Azərbaycanın əməkdar incəsənət xadimi, Adana Çukurova Universitetinin professoru, Cahangir Novruzov, əməkdar incəsənət xadimi, Akademik Milli Dram Teatrının bədii rəhbəri - baş rejissoru Azərpaşa Nemət, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, sənətşünaslıq elmləri doktoru, professor, əməkdar incəsənət xadimi Məryəm Əlizadə və Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud da var. 
Qeyd edək ki, TÜRKSOY görkəmli türk dramaturqu Haldun Tanerin 100 illiyi münasibətilə 2015-ci ili "Haldun Taner ili" elan edib.

Tags:  TÜRKSOY Azərbaycanın sıra mədəniyyət incəsənət xadimlərini mükafatlandırıb


RƏYLƏR


Top news