Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vergi ödəyiciləri qanunvericilikdə edilən dəyişikliklərlə bağlı məlumatlandırılır

Vergi ödəyiciləri qanunvericilikdə edilən dəyişikliklərlə bağlı məlumatlandırılır

Date: 23 December 2015 19:03


Bakı, 23 dekabr, Ramiz Quliyev, AZƏRTAC
Vergi Məcəlləsinə, habelə İnzibati Xətalar, Cinayət, Mülki-Prosessual, Miqrasiya məcəllələrinə və “İcra haqqında” Qanuna vergi qanunvericiliyinin tətbiqi ilə bağlı edilən əlavə və dəyişikliklər barədə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti tərəfindən vergi ödəyicilərinin məlumatlandırılması kampaniyası keçirilir.
AZƏRTAC Vergilər.az saytına istinadla bildirir ki, kampaniya çərçivəsində artıq Bakının Suraxanı, Sabunçu, Yasamal və Xəzər rayonlarında belə görüşlər təşkil olunub. Bu ilin dekabrın sonuna kimi Nəsimi, Xətai, Binəqədi, Nərimanov və Nizami rayonlarındakı vergi ödəyiciləri də qanunvericilikdə ediləcək dəyişikliklərlə bağlı məlumatlandırılacaq.
Bakı Vergilər Departamentinin Bəyannamələr, vergi ödəyicilərinə xidmət və uçot idarəsinin şöbə rəisi Məhərrəm Əmiraslanov bildirib ki, görüşlər zamanı Vergi Məcəlləsində əksini tapan yeni anlayışlar, sadələşdirilmiş vergiyə edilən dəyişikliklər, aksizli malların dövriyyəsinə nəzarət, mədən, gəlir və əlavə dəyər vergilərinə edilən dəyişikliklər, nağd pul hesablaşmalarının pozulması zamanı nəzərdə tutulmuş maliyyə sanksiyaları, idman-mərc oyunlarından əldə edilən uduşdan verginin tutulması və digər məsələlər barədə vergi ödəyicilərinə ətraflı məlumat verilir.
Ödəyicilərin fəaliyyət göstərdiyi sahəyə uyğun olaraq, onların elektron qutusuna dəyişikliklərin izah olunmuş variantı da göndərilir. Bundan əlavə, vergi ödəyiciləri nazirliyin internet saytı vasitəsilə (www.taxes.gov.az) zəruri məlumatlar əldə edə bilirlər.

Tags:  Vergi ödəyiciləri qanunvericilikdə edilən dəyişikliklərlə bağlı məlumatlandırılır


RƏYLƏR


Top news