Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dekorativ bitkilər şaxtadan necə qorunur?

Dekorativ bitkilər şaxtadan necə qorunur?

Date: 23 December 2015 19:05

Parkların bəzədilməsində bir sıra hallarda xaricdən gətirilən dekorativ bitkilərdən istifadə olunur. Bu bitkilərin baxımı da kifayət qədər diqqət tələb edir. Yerli olmadıqlarından, onların müvafiq iqlim şəraitinə uyğunlaşmaları da zaman alır. Bəzi hallarda, ümumiyyətlə, uyğunlaşa da bilmirlər. Bir neçə gündür ki, ölkəmizdə şaxtalı hava şəraiti davam edir. Maraqlıdır, insanları belə donduran bu soyuğa min bir əziyyətlə saxlanan bitkilər dözə bilirlərmi?

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, bu gün bəzək məqsədi ilə istifadə olunan bitkilərin çoxu ölkəmizə xaricdən gətirilib və kifayət qədər baha başa gəlir. Ona görə, onların şaxtada məhv olmaması üçün qış aylarında müəyyən tədbirlər görmək vacibdir. Dekorativ bitkinin soyuğa davamlılığı isə onların növlərindən asılı olaraq dəyişir.

Dekorativ bəzək ağacları arasında elələri də vardır ki, qış aylarında, sadəcə, inkişafdan dayanır. Bu zaman onların rəngi də solur və insanlarda, sanki, ağacın quruduğu barədə təsəvvür yaradır.

Xaricdən gətirilən bitkilər həm də müəyyən bitki xəstəliklərini də özləri ilə gətirə bilər. Bu xəstəliklər digər ağaclara da tez yayıldığından mütəxəssislər onlara qarşı qabaqcadan lazımi tədbirlər görülməsini vacib hesab edir.

Qiymətlərə gəlincə isə mövsüm bu amilə elə də təsir göstərməyib. Bazarlarda satışa çıxarılan dekorativ bitkilərin qiymətləri dəyişməyib.

Milli.Az


Tags:  Dekorativ bitkilər şaxtadan qorunur


RƏYLƏR


Top news