Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun loqotipi təqdim olunub

Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun loqotipi təqdim olunub

Date: 23 December 2015 19:22

Bakı. 23 dekabr. REPORT.AZ/ Beynəlxalq Muğam Mərkəzində “Lahıc misgərlik sənəti”nin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi və 2016-cı ilin 25-27 aprel tarixində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun loqotipinin və internet səhifəsinin təqdimatına həsr olunmuş mərasim keçirilib.
Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, digər rəsmilər, Azərbaycanda fəaliyyət göstərən bütün muzeylərin rəhbərləri və başqaları iştirak edib.
"Report" xəbər verir ki, 2015-ci ilin 30 noyabr tarixində Namibiya Respublikasının paytaxtı Vindhuk şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası keçirilib. 
Azərbaycan tərəfindən “Lahıc misgərlik sənəti” nominasiyası təqdim olunub və fayl Qeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiyanın bütün kriteriyalarına cavab verməklə yanaşı, nümunəvi namizədlik faylı kimi YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Qeyd edək ki, 2016-cı ilin 25-27 aprel tarixində Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək.
Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli 1334 nömrəli Sərəncamı ilə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.


Tags:  Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun loqotipi təqdim olunub

RƏYLƏR


Top news