Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Heydər Əliyev strategiyasının uğurlu davamı

Heydər Əliyev strategiyasının uğurlu davamı

Date: 23 December 2015 19:33


Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də Qaradağ rayonunda “Heydər Əliyev strategiyasının uğurlu davamı” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycanın bu gün sosial-iqtisadi inkişafın nəticələrinə görə bölgədə lider dövlət olmaqla bərabər, dünyada da inkişaf etmiş ölkələr sırasında olduğunu söyləyib. O, Azərbaycanın bu inkişafa elə də asanlıqla nail olmadığını vurğulayaraq 1991-1993-cü illərdə ölkəmizin təlatümlər içərisində olduğunu xatırladıb. Bildirilib ki, o zaman ölkənin daxilində və xaricində vəziyyət heç də ürəkaçan deyildi. İqtisadi və siyasi durum çox acınacaqlı idi. Ermənistanın təcavüzü ilə üzləşən ölkədə mürəkkəb proseslər və vətəndaş müharibəsi baş verirdi. Müstəqilliyimiz böyük sual altında idi. Yaranmış gərgin vəziyyətə son qoyaraq mürəkkəb ictimai-siyasi, böhranlı şəraitdən ölkəni qurtaran, bugünkü müasir və demokratik dövləti bizə bəxş edən ümummilli lider Heydər Əliyevə daim minnətdar olmalıyıq.
Diqqətə çatdırılıb ki, bu gün Prezident İlham Əliyev respublikamızı daha da inkişaf etdirərək, yeni, müasir inkişafın təməlini qoyaraq Heydər Əliyev strategiyasını uğurla davam etdirir. Dövlətimizin başçısının sayəsində bir çox siyasi, sosial-iqtisadi və beynəlxalq uğurlara imza atılıb. Azərbaycan Prezidentinin rəhbərliyi ilə qəbul olunan sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair Dövlət proqramlarına əsasən bütün regionlarda quruculuq, abadlıq işləri həyata keçirilir. İnfrastruktur köklü şəkildə dəyişir, müasir tələblərə cavab verən iri sənaye, xırda sahibkarlıq obyektlərinin tikilməsi, təhsil, səhiyyə, mədəniyyət və idman mərkəzlərinin qurulması bölgələrimizin görkəmini tamamilə yeniləşdirir.
Xarici siyasəti son dərəcə uğurla həyata keçirən Prezident İlham Əliyev Azərbaycanı sivil, demokratik ölkə kimi dünya ictimaiyyətinə təqdim edir. Hazırda Azərbaycan dünya ölkələri ilə fəal əməkdaşlıq edir. Bakı dini tolerantlığın paytaxtı hesab olunur. Hər il ölkəmizdə müxtəlif mövzuda çoxlu elmi-siyasi, mədəni-kütləvi beynəlxalq tədbirlər keçirilir. Birinci Avropa Oyunları Azərbaycanın dünyada nüfuzunun artmasına, mövqeyinin möhkəmlənməsinə gətirib çıxardı.
Tədbirdə digər çıxış edənlər ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycanda inkişafın təməlinin qoyulduğunu söyləyiblər. Bildirilib ki, Ulu Öndər qısa zaman kəsiyində yeni siyasi strategiyanın əsas məqsədlərinin reallaşmasına, ölkənin qüdrətinin əsas elementlərindən biri olan iqtisadiyyatın inkişafına nail olub. Ümummilli Liderin rəhbərliyi dövründə siyasi, sosial-iqtisadi, mədəni sahələrdə mühüm irəliləyişlər əldə edilib.

Tags:  Heydər Əliyev strategiyasının uğurlu davamı


RƏYLƏR


Top news