Prezident istefaya göndərildi

Prezident istefaya göndərildi
19:36 23 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

Bakının "İnter" klubunun yeni prezidenti bəlli olub.

ANS PRESS-in məlumatına görə, klubun Müşahidə Şurasının qərarı ilə Rəşad Qasımov klubun prezidenti vəzifəsinə təyin edilib.

Uzun müddət kluba rəhbərlik etmiş Georgi Nikolov isə istefaya göndərilib. Klub rəhbərliyi bolqar prezidentə göstərdiyi xidmətlərə və əldə olunmuş nailiyyətlərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.


Rəşad Qasımov

Rəşad Müzəffər oğlu Qasımov 1977-ci il iyunun 29-da anadan olub. 1994-1999-cü illərdə Gəncəzona hesablaşma kassa mərkəzində müxtəlif vəzifələrdə çalışıb. 1999- 2000-cu illərdə Aqrar-Qafqaz şirkəti, Middle Eastern Textiles şirkətlərində fəaliyyət göstərib. 2000-2011-ci illərdə Azərbaycan Beynəlfxalq Bankının Maliyyə menecmenti, Mərkəzi xəzinədarlıq, Mühasibatlıq və büdcə proqnozlaşdırılması departamentlərində müxtəlif vəzifələrdə çalışan yeni prezident 2011-ci ildən bankın Mühasibat uçotu və nəzarət departamenti direktoru vəzifəsində çalışıb.


Müzəffər Qasımov

"İnter"in yeni prezidenti Rəşad Qasımov Azərbaycanın məşhur futbolçularından biri Müzəffər Qasımovun oğludur. Veteran futbolçu hazırda "Kəpəz"in Müşahidə Şurasının üzvüdür.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368000

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR