Cəlilabad Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binası istifadəyə verilib

Cəlilabad Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binası istifadəyə verilib
19:38 23 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Cəlilabad, 23 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 23-də “Azərişıq” ASC-nin Cəlilabad Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, yeni binanın iş otaqları avadanlıqlarla bərabər, kompyuter texnikası və internetlə də təmin edilib. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərizə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün xüsusi otaqlar inşa olunub. Fəaliyyət otaqlarından başqa, burada işçilərin asudə vaxtlarını mənalı keçirmək üçün yeməkxana və istirahət otaqları da var. İnzibati binanın ətrafında abadlıq işləri aparılıb, yaşıllıq zolağı salınaraq ərazidə ağaclar əkilib.
Yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edənlər elektrik şəbəkəsinin əməkdaşlarını əlamətdar hadisə münasibətilə təbrik ediblər.
Qeyd olunub ki, rayonda aparılan yenidənqurma işləri elektrik enerjisi təchizatı sahəsində əsaslı dönüş yaradıb. Yararsız və istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin yenilənərək müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesi öz nəticələrini verməkdədir. İstismar müddətini başa vurmuş transformatorlar yenilənir, enerji itkisinə səbəb olan elektrik naqilləri dəyişdirilir, yararsız vəziyyətə düşmüş ağac dirəklər dəmir-beton dirəklərlə əvəzlənir. Görülən işlər nəticəsində rayon mərkəzində, kənd və qəsəbələrdə enerji təchizatı günbəgün yaxşılaşır.
Sonda binada yaradılan şəraitlə tanışlıq olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Celilabad_Rayon_Elektrik_Sebekesinin_yeni_inzibati_binasi_istifadeye_verilib-913781

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR