Allahşükür Paşazadə: Kris Smitin ABŞ Konqresinə təqdim etdiyi sənəd ikitərəfli münasibətlərə xələl gətirə bilər

Allahşükür Paşazadə: Kris Smitin ABŞ Konqresinə təqdim etdiyi sənəd ikitərəfli münasibətlərə xələl gətirə bilər
19:48 23 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Allahşükür Paşazadə: "Məzhəb ayrı-seçkiliyi yaradanlar barədə dərhal məlumat verin" (24 May 2017 12:57)
Allahşükür Paşazadə axund və imamlara məzhəb ayrı-seçkiliyi salmağı qadağan edib (24 May 2017 12:47)
Allahşükür Paşazadə: "Məzhəb ayrı-seçkiliyi yaradanlar barədə dərhal məlumat verin" (24 May 2017 12:43)

Bakı. Trend:

Dekabrın 23-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.

QMİ-dən Trend-ə verilən məlumata görə, A.Paşazadə səfiri və bütün Amerika xalqını qarşıdan gələn Milad bayramı münasibətilə təbrik edib, xoş arzularını bildirib.

Görüşdə QMİ-nin sədri Azərbaycanda mövcud tolerantlıq mühiti, dinlərarası dialoq və əməkdaşlıq sahəsində əldə olunan nailiyyətlər, habelə dövlət-din münasibətlərinin yüksək səviyyəsi barədə səfirə məlumat verib. Şeyxülislam qeyd edib ki, müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə bu sahədə görülən işlər yüksək qiymətləndirilir.

A.Paşazadə ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanda dini dəyərlərə ehtiramlı münasibətin, tolerantlığın dövlət səviyyəsində həyata keçirilməsinin əsasını qoyduğunu vurğulayıb. O, dövlətimizin başçısı İlham Əliyev tərəfindən dini-mənəvi dəyərlərə qayğı və diqqətin davam etdirilməsindən, multikultural dəyərlərimizin dünya miqyasında tanıdılması istiqamətində həyata keçirilən tədbirlərin önəmindən danışıb.

R.Sekuta fəaliyyət müddəti ərzində Azərbaycanda müşahidə etdiyi dinlərarası və məzhəblərarası səmimi münasibətlərdən, ölkəsində olduğu kimi, Azərbaycanda da tolerantlıq mühitinin mövcudluğundan məmnunluğunu vurğulayıb. O bildirib ki, səfir olaraq öz vəzifəsini Azərbaycan ilə ABŞ arasında əlaqələrin bütün sahələrdə daha da inkişaf etdirilməsi istiqamətində səy göstərməkdə görür.

Şeyxülislam A.Paşazadə xalqlarımız, dövlətlərimiz arasında dostluq və əməkdaşlığın daha yüksək səviyyəyə qalxmasını arzu etdiyini bildirib. O, qeyd edib ki, ABŞ-dan təşrif buyuran müxtəlif ictimai, siyasi, dini xadimlərlə, KİV nümayəndələri ilə görüşlərində hər zaman bu istiqamətdə söhbət aparıb.

Səfirin Azərbaycandakı tolerantlıq haqqında söylədiyi fikirləri yüksək dəyərləndirdiyini bildirən QMİ sədri konqresmen Kris Smitin bu yaxınlarda ABŞ Konqresinə təqdim etdiyi, Azərbaycanda dini vəziyyətlə bağlı həqiqətəuyğun olmayan məqamların əksini tapdığı qanun layihəsinin qəbuledilməz olduğunu bildirib. Şeyxülislam A.Paşazadə Azərbaycan dindarlarının mövqeyini ifadə edərək, belə bir qeyri-obyektiv sənəd layihəsinin meydana gəlməsinin ikitərəfli münasibətlərə xələl gətirə biləcəyini diqqətə çatdırıb.

Səfir ABŞ-da bu cür qanun layihələrinin gündəmə gəlməsi və qəbulu mexanizmi barədə məlumat verib.

QMİ sədri Azərbaycanda son zamanlar dini sahədə qanunvericiliyə edilən dəyişikliklərlə bağlı səfiri maraqlandıran sualları cavablandırıb.

Sonda R.Sekuta bütün Azərbaycan müsəlmanlarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Sankt-Peterburqdan Bakıya aviareyslərin sayı artır

26 May 2017 11:43

"Bu da sizə Mançesterə görə!" - Bomba hədiyyəsi - FOTO

26 May 2017 11:42

Qaxda su kanalının sahilindən silah-sursat aşkar edilərək götürülüb

26 May 2017 11:42

Mehriban Əliyeva azərbaycanlı modelyerin kolleksiyasından geyindi - FOTOLAR

26 May 2017 11:38

Yaşlı qadının həyatını "iPhone" xilas etdi - FOTO

26 May 2017 11:37

Rusiyada "Transformers" LADA hazırlandı - VİDEO

26 May 2017 11:37

"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

26 May 2017 11:36

Lapşinin istintaqı yekunlaşdı

26 May 2017 11:36

“iCloud” servisinin təhlükəsizliyi gücləndiriləcək

26 May 2017 11:35

Bu smartfon ilk dəfə tərəflər nisbəti 18:9 olan displeylə təchiz ediləcək

26 May 2017 11:35

Marketdən oğurladığı dana ətini alt paltarında gizlətdi...

26 May 2017 11:35

Azərbaycanlı miqrantlara Rusiyadan XOŞ XƏBƏR

26 May 2017 11:33

Gürcüstan paytaxtının əsl siması: olduğu kimi görünməyən Tiflis - FOTO

26 May 2017 11:32

Bakı Ali Neft Məktəbi Rumıniya universiteti ilə müqavilə imzaladı

26 May 2017 11:29

Miri Yusifin üçüncü övladı dünyaya gələcək - FOTO

26 May 2017 11:27

Rusiyalı həmsədr: “Danışıqların əsası yaxşı məlumdur və tərəflər bunu inkar etmir”

26 May 2017 11:27

ƏMƏLİYYAT: "100 manat"ı satarkən tutuldu

26 May 2017 11:24

İpoteka ilə mənzil alanlara yeni binadan ev veriləcəkmi? - Vüqar Səfərlinin CAVABI

26 May 2017 11:23

Qazıntılar zamanı tapılan sümüklər arxeoloqları dəhşətə gətirdi - FOTOLAR

26 May 2017 11:18

XİN başçısının müavini: "Azərbaycan və Vyetnam arasında ənənəvi dostluq əlaqələri sürətlə inkişaf edir"

26 May 2017 11:17

DİN saxta pul kəsənlərlə bağlı rəsmi məlumat yayıb

26 May 2017 11:17

Bu qadın ildə 77 min qazanır - Sinəsinin ölçüsü 134 sm-dir - FOTO

26 May 2017 11:17

80 milyon avroluq transfer reallaşır

26 May 2017 11:17

Heydər Əliyev Kubokunun püşkü atıldı

26 May 2017 11:15

240 ədəd saxta 100 manatlıq əsginas satarkən tutuldu (FOTO)

26 May 2017 11:15

Baş nazirin həyat yoldaşı: Həm kişidir, həm qadın

26 May 2017 11:13

Bakıda faciə: dostunun evindən meyiti çıxdı

26 May 2017 11:12

Saxta endirimlərlə necə mübarizə aparmalı? - Yeni təklif var

26 May 2017 11:12

Canlı yayımda studiyaya girən it aparıcını qorxutdu - VİDEO - FOTO

26 May 2017 11:12

“Neftçi”nin futbolçusu milliyə çağırıldı

26 May 2017 11:07

Elman Rüstəmovun iş adamları ilə görüşü təxirə salınıb

26 May 2017 11:07

"Qəbələ" "Dinamo" ilə qarşılaşacaq

26 May 2017 11:07

Ötən ay 2 mindən çox talassemiya xəstəsi aşkarlanıb

26 May 2017 11:06

Məşhur müğənni 5 günün içində hər əvvəkli, həm də indiki ərini itirdi

26 May 2017 11:05

Mançester terrorçusu hücuma belə hazırlaşıb - YENİ DETALLAR

26 May 2017 11:03

“İçerde”-nin fraqmenti YAYIMLANDI: hamı göz yaşına boğuldu - VİDEO

26 May 2017 11:03

“DəmirBank”la “Grand Motors”məhkəmədə barışıb

26 May 2017 11:02

"PAŞA Həyat"dan ilk addım – ATA-lara həsr olunan VİDEOÇARX

26 May 2017 11:01

Monteneqronun baş naziri Donald Trampın onu itələməsiylə bağlı insidenti şərh edib

26 May 2017 10:57

Türkiyədə universitet rektoru tutulub

26 May 2017 10:57

Nazirlər Kabineti dövlət sifarişli yerlərin sayını DİM-ə göndərib

26 May 2017 10:57

Bakıda dəhşətli zəncirvari qəza

26 May 2017 10:54

Psixoloji problemi olan aktyor: "Məndən qorxacaqsınız" - FOTO

26 May 2017 10:52

Bakıda dələduzluqda təqsirləndirilən bacılardan birinin cəzası azaldılıb

26 May 2017 10:52

İnsan başından top kimi istifadə edən, xoruzu qurban kəsən, çəpgözlüyü sevən xalq - FOTO

26 May 2017 10:48

"Məni bağışla" deyib 22 nəfəri öldürdü - FOTO

26 May 2017 10:47

Qızın ona təcavüz edən oğlana MƏKTUBU

26 May 2017 10:44

Azərbaycanda IV kurs tələbəsi 2 qardaşın yerinə qəbul imtahanı verdi

26 May 2017 10:43

Azərbaycan "13-cü Türk Dünyası Uşaqları Səs Yarışması"nda iştirak edib

26 May 2017 10:42

Bu günün VALYUTA MƏZƏNNƏLƏRİ

26 May 2017 10:38